” Bakıda marketlərdə maska taxmayanlar cərimələndi”
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etmək vacibdir. Eləcə də, fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.
Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Nuray Ələkbərova
Mənbə: Axar.az