Bakıda keçiriləcək Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak edəcək türkiyəli hərbçilərin bir qrupu çərşənbə axşamı günü qəbul edilib

Bu gün Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinə görə, birgə manevrlər hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirilir.

BBC News Azərbaycanca təlimlər barədə mediaya nəzər salıb.

Ermənistan “vəziyyəti izləyir”

Azərbaycana türk əsgərləri gələn gün Rusiya ilə Ermənistan arasında görüş keçirilib. Bu barədə Lraqir.am portalı bildirir.

Məlumatda deyilir ki, Ermənistanın müdafiə naziri David Tonoyan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin regional vəziyyəti müzakirə ediblər.

David Tonoyan deyib ki, “Ermənistan hərbçiləri və vahid erməni-rus qruplaşması vəziyyətə nəzarəti davam etdirir və hadisələrin hər hansı inkişafına hazırdır.”

“Türkiyə münaqişəyə qoşularsa, bu halda çox təhlükəli bir vəziyyət yaranar”, Laurence Broers

Qarabağ münaqişəsi: iki qəsd nəzəriyyəsi

Niyə Azərbaycanda yüksək rütbəli hərbçilər həlak olanda cəmiyyətin ittihamlarında Rusiyanın adı hallanır?

Təxribat, yoxsa sülhə töhfə?

Bununla yanaşı, rəsmi Yerevan təlimlərə öz etirazını bildirib.

Bu məlumatı Ria Novosti də daxil, Rusiyanın aparıcı agentlikləri yayıb. Xəbərə görə, Ermənistanın XİN-in nümayəndəsi Anna Naqdalyan hərbi təlimləri münaqişənin həllinə maneə törədəcək “təxribat” kimi səciyyələndirir.

Ria Novosti həmçinin Azərbaycanın rəsmi mövqeyinə də yer ayırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın sözlərinə əsasən, təlimlər regional sülhün və təhlükəsizliyin möhkəmlənməsinə “töhfə verir”.

Hərbi və təbliği komponent

Sputnik Ermənistan nəşrindəki məqalədə təlimlərin iki mühüm hissədən ibarət olduğu vurğulanır.

“Bu təlimləri təhlil etsək, onda iki – sırf hərbi və təbliği tərkibi vurğulamağa dəyər. Hərbi baxımdan, yeni bir şey görmürük – əvvəlki illərdə oxşar formatda təlimlər keçirilib,” – Orbeli analitik mərkəzinin hərbi eksperti Taron Hovhannisyan bildirir.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi və silah-sursat standartları arasında fərqlər mövcuddur və bu amili nəzərə almaq lazımdır.

“Türkiyə əsasən NATO silahları ilə təchiz olunub,” – Taron Hovhannisyan deyr.

“Bildiyimiz kimi, Azərbaycanda əsasən Sovet/Rusiya istehsalı olan silahlardır. Hava hücumundan müdafiəyə aid bəzi təmas nöqtələri var, ola bilsin diqqəti bu mövzuya yönəltməyə çalışacaqlar”.

Menbe:BBC.NEWS.az
MÜXBİR:arzu Əliyeva