Bakıda fərdi evdə yanğın
Bakıda fərdi evdə yanğın
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə:Axar.az
Müxbir:Kafkazh.com xüsusi müxbir Ələkbərova Nuray