“Bakıda bədbəxt hadisə”

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, rayonun Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 1985-ci il təvəllüdlü Xalid Qurbanov naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs bıçaqla Xalid Qurbanovun boğaz nahiyəsinə xəsarət yetirib və daha sonra hadisə yerini tərk edib.

Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsin tutulması üçün əməliyyat keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Nuray Ələkbərova

Mənbə: Axar.az