“Bakıda 16 yaşlı qız 3- cü mərtəbədən yııxıldı”

Bakıda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonun ərazisində yerləşən Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Belə ki, 2004-ci il təvəllüdlü Ağamirova Lalə Rasim qızı həmin küçədə yerləşən 21 saylı yataqxananın 3-cü mərtəbəsindən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb.

Müayinə zamanı A. Laləyə döş qəfəsinin əziyi və çanağın sınığı diaqnozu qoyulub.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Jalə Hüseynova

Mənbə: Report.az