Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” Liseyi 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir

AzEdu.az xəbər verir ki, qeydiyyat 06 iyul 2020-ci il tarixindən 06 avqust 2020-ci il tarixinədək davam edəcəkdir.

Qəbul imtahanı 2020-ci il avqust ayının ikinci yarısında keçiriləcəkdir.

Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə isə 25 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual
Riyaziyyat – 25 sual
Məntiq üzrə suallar – 10 sual

Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:

https://forms.gle/A93V1W1mnbBU1HTG6

Qəbul imtahanın tarixi, keçiriləcəyi yer və ya forması haqqında sənəd verən şagirdlərin valideynlərinə əvvəlcədən məlumat veriləcəkdir.

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (012) 510-74-94

Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az

Mənbə: azedu.az

Xəbərçi: Raisə Savalanzadə