Bakı Dövlət Universitetinin (BDU) bu ilki məzunu dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin (BDU) bu ilki məzunu dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetin Trend-ə verilən məlumata görə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu 1998-ci il təvəllüdlü İsmayılzadə Ayşən Azər qızı böyrək çatışmazlığından vəfat edib.
Universitetin mətbuat katibi Günel Orucəliyeva lent.az-a bildirib ki, Ayşən İsmayılzadə BDU-nu bu il bitirib:
“Dünyasını dəyişən gənc qız hazırda BDU-nun tələbəsi deyil. Bu il məzun olub. Revmatizmdən əziyyət çəkirdi. Sonradan xəstəlik böyrəklərini sıradan çıxartdı. Məzunumuzun gənc yaşında dünyasını dəyişməsinə üzülürük və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin”.

Mənbə: lent.az

Müxbir:Rufanə Cəbrayılova