Bağırsaq infeksiyaları və tənəffüs yollarının infeksiyası

İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların, ibtidailərin törətdiyi geniş qrupudur. İnfeksion xəstəliklər qeyri-infeksion xəstəliklərdən yoluxuculuq, etioloji agentin spesifikliyi və xəstəlik prosesində immunitetin yaranması kimi əsaslı xüsusiyyətlərlə fərqlənir.

Törədici mikrobun orqanizmə daxil olduğu andan xəstəlik simptomlarının klinik təzahürünədək müəyyən vaxt keçir. Buna inkubasiya dövrü (gizli dövr) deyilir.

Bağırsaq infeksiyaları:

1.Dizenteriya

2.Kəskin dizenteriya

3.Xroniki dizenteriya

4.Qarın yatalağı

5.Qida toksikonfensiyası

6.Vəba

7.Viruslu hepatit

8.Sarılıq

  1. DİZENTERİYA

+ inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir.

+ xəstəlik kəskin başlanır.

+ xəstələr titrəmədən, üşütmədən, qızdırma hissindən şikayətlənirlər.

+ xəstələr əsasən qarında – daha çox sol çuxuru nahiyəsində kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.

+ qızğın dövrü 1-2 gündən 8-9 günə qədər davam edir.

 

  1. KƏSKİN DİZENTERİYA

+ xəstəliyin yüngül kolit forması temperaturun 37-38-dək qısamüddətli yüksəlməsi ilə kəskin başlanır.

+ xəstəliyin birinci saatlarında zəiflik və iştahanın azalması müşahidə edilir.

+ müayinə zamanı dil ərpli olur, bağırsaq isə ağrıyır, bərkiyir və quruldayır.

  1. XRONİK DİZENTERİYA

+ sinir sisteminin, mədənin, qaraciyərin, mədəaltı vəzinin xəstəlikləri inkişafına imkan yaradır.

+ xəstələr əsəbi olur, tez həyəcanlanır, iş qabiliyyətləri azalır, yuxusu pozulur, başağrıları olur.

+ vitaminlər kompleksi tətbiq edilməlidir.

+ Ringerlokk məhlulu, tristol, asesol, laktosol məhlulları tətbiq edilir.

  1. QARIN YATALAĞI

+ inkubasiya dövrü 7-25 gün, çox vaxt isə 9-14 gün olur.

+ xəstə çox zəifləyir, xəstəliyin 8-10-cu günündə dəri üzərində ekzentema görünür.

+ qarın gedişi və nəticəsi düzgün qulluqdan, pəhrizdən, antibakterial dərmanların vaxtında təyin edilməsindən asılıdır.

+ ağız boşluğuna və dəriyə qulluğun böyük əhəmiyyəti vardır.

+ Tifo paratifoz xəstəliklər zamanı antibiotiklərdən ən effektlisi levomisentdir.

+ Ampisilindən də istifadə oluna bilər.

+ bağırsaq qanaxmasında 12-24 saat arxası üstə ciddi yataq rejimi lazımdır.

+ qarının üstünə buz qoyulmalı, xəstə 10-12 saat heç nə yeməməlidir.

  1. QİDA TOKSİKOİNFERİYASI

+ kəskin, adətən qısamüddətli xəstəlikdir.İnkubasiya dövrü çox qısadır.

+ orta hesabla 30 dəqiqədən 12 saata qədər davam edir və 24 saatdan artıq olmur.

+ ürəkbulanmadan sonra qusma başlanır.

+ qusma çox nadir hallarda – 1 dəfə olur, bəzən ardı-arası kəsilmir.

+ qarında ağrı bu xəstəliyin əsas əlamətidir.

+ qida toksinferiyasının klinik epidemioloji diaqnozu qoyulduqda mədə yuyulmalıdır.

  1. VƏBA

+ qaraciyərin zədələnməsi ilə yaranan infeksion xəstəlikdir.

+ xəstəliyin 4 dövrü var: inkubasion, prodromal, sarılıq və rekonvessensiya.

+ virus hepatitinin bir neçə forması var:

Virus A hepatitində inkubasion dövrü 7 gündən 50 günə qədər,

B hepatitində 40-180 günə qədər,

C hepatitində 14-50 günə qədər uzanır. Bu zaman xəstənin iştahası pisləşir.

  1. SARILIQ

+ əvvəlcə, dildə və damaqda meydana çıxır, sonra da üzün, bədənin ətraflarının dərisi saralır.

+ xəstəlik dövrü 2-6 həftədən bir neçə aya qədər davam edir.

+ bu dövrdə intoksikosiya simptompları – zəiflik, əsəbilik, depressiya, yuxunun pisləşməsi, iştahanın azalması, ürək bulanması və qusma müşahidə olunur.

+ kəskin qaraciyər çatışmazlığı hepatitin ağırlaşmasıdır və ölümlə nəticələnir.

Müalicəsi: rejim və pəhriz əsas müalicə sayılır.

+ Hepatitin hər hansı bir formasına düçar olanlar xəstəliyin kəskin dövründə yataq rejimində olmalıdır.

+ Xəstəyə tərkibində zülal karbohidrat və yağlar olan yemək verilməlidir.

Tənəffüs yollarının infeksiyasına 1) Qrip 2) Ağciyər vərəmi aiddir.

QRİP XƏSTƏLİYİ

+ tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur.

+ qripin gedişinə görə: tipik və atipik

+ klinik təzahürlərinin ağırlığına görə isə yüngül, orta və ağır olur.

+ inkubasiya dövr, adətən, 1-2 gündür.

+ tipik hallarda qrip kəskin başlanır.

+ xəstə titrətməyə, üşütməyə başlayır və başı ağrıyır.

+ əzələlərdə zəiflik, əzginlik hissi, sümüklərdə və iri oynaqlarda arasıkəsilməyən ağrı olur.

+ xəstəliyin birinci sutkasında xəstələr burunun tutulmasından şikayət edirlər.

+ qripə tutulmuş xəstələrin çoxu evdə müalicə olunur.

+ epidemiya dövründə təcili profilaktikası üçün oksalin məlhəmi leyki=ositar interferon remantadin işlədilir.

+ bu məqsədlə bəzən donor və plasentar qama qlobulindən də istifad edirlər.

AĞCİYƏR VƏRƏMİ

+ vərəm mikrobakteriyalarını yüksək hərarət, günəş şüaları, karbol turşusu, xloramin lizol məhlulları məhv edir.

+ vərəm çöpünün uzunluğu 3-5 mikrona bərabərdir.

+ ən çox ağciyər vərəminin baş verməsi onun yoluxma yolunun hava vasitəsi ilə olur.

+ mikrob hava ilə ağciyərlərin toxumalarına düşür və orada vərəm çöpçükləri əmələ gətirir.

2 cür vərəm növü var: açıq və ya yoluxan qapalı və ya yoluxmayan.

+ vərəm xəstəsi olan insan başqasına yoluxdurmamaq üçün bir sıra qaydalara riayət etməlidir. Gigiyena qaydalarına əməl etməlidir, xəstənin otağı və təmasda olduğu əşyalar təmizlənməli və dezinfeksiya edilməlidir.

+ xəstə, ona qulluq edən insanlar da gigiyena qaydalarına riaət etməlidi.

+ milçəklərlə mübarizə aparılmalıdır, infeksiya ocağı gündəlik dezinfeksiya olunmalıdır.

+ hər vərəm xəstəsi ətraf mühit üçün qorxulu sayılmır.

+ xəstəyə dezinfeksiya üçün 2 faizli soda və 5 faizli xloramin məhlulu verilməlidir.

+ insanların vərəmlə yoluxma yolları müxtəlifdir.

+ damcı vasitəsi ilə yoluxma öskürdükdə, asqırdıqda hava və tüpürcəklə yayılması mümkündür.

+ təmas vasitəsi ilə, qida vasitəsi ilə yoluxma mümkündür.

+ xəstəliyin inkişafını 4 yerə bölürlər: gizli dövr, prodromal dövr, vərəmin aydın nəzərəçarpan dövrü və xronik formaya keçdiyi dövr.

Müalicəsi. Vərəmin müalicəsi 2 istiqamətdə aparılır. Birincisi, orqanizmin müqavimətinin artırılmasıdır. Müalicənin səmərəli nəticəsi üçün xəstələr bir sıra qaydalara riayət etməlidirlər. Onlar müalicəyə ciddi yanaşmalı, həkimin təyinatına uyğun yataq rejimində olmalı, alkoqol istifadə etməməli, siqaret çəkməməli, dərmanları yalnız həkimin göstərişi və nəzarəti ilə qəbul etməlidirlər.

 

YAZAR: İsmayılova Səbinə

Həmçinin bax: İltihab anlayışı və onun mərhələləri.

Həmçinin bax: turaz.org/bas-prokurorluq-videocarx-hazirlayib/

Həmçinin bax: tehsilim.org/sabahin-alimleri-x-respublika-musabiqesi-kecirilecek/