Bağçayaşlı uşaqların valideynləri üçün hansı güzəştlər nəzərdə tutulub?-Operativ Qərargah

Bağçayaşlı uşaqların valideynləri üçün hansı güzəştlər nəzərdə tutulub?-Operativ Qərargah

“Əksər dövlət qurumları azaldılmış sayla işə davam edir. Karantin rejimi başlayandan 30% işçinin ofislərə gəlməsi tələb olundu. Yumşalmalardan sonra bu say 50%-ə çatdırıldı”.

AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

O, həmçinin bununla bağlı dövlət tərəfindən rəsmi tədbirin mövcud olmadığını da bildirdi:

“İnanıram ki, hər bir dövlət qurumunun rəhbəri həmin şəxslər üçün bunu nəzərə alacaq və güzəştlər edəcək. Hələlik dövlət tərəfindən bununla bağlı hər hansı tədbir düşünülməyib”.
Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə