Bacarıq və Vərdişlər

Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə malikdir.Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir.Qabaqcıl müəllimlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlarda yüksək şüurluluq,əxlaqi keyfiyyətlər,ümumi mədəniyyət və s. kimi keyfiyyətlər müşahidə edirik.Pedaqoji qabiliyyətlərlə birlikdə bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qazanmaq imkanı verir.Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri onun məqsədyönəlişliliyi,daima böyük pedaqoji vəzifələri həll etməyə yönəlməsindən ibarətdir.İradəli müəllim təkcə şagirdin qarşısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda həmin tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.Pedaqoji işin müvəffəqiyyəti üçün müəllimdə dözümlülük,hövsələnin olması da zəruridir. Müəllim özünü ələ ala bilməyi,öz hərəkətlərinə nəzarət etməyi bacarmalıdır.Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək lazımdır.Bunlar həqiqi müəllimə xas olan müsbət keyfiyyətlərdəndir.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən,müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji bacarıq və qabiliyyətləridir. Müəllim təkcə dərin biliyə,geniş dünya görüşünə malik olmaqla, öz fənnini hərtərəfli mənimsəməklə kifayətlənməməlidir. O,eyni zamanda bildiklərini,öyrəndiklərini,tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacarmalıdır.Şagirdlərin təlim-tərbiyə işi mürəkkəb və çətin bir prosesdir.Ona görə də burada müəllimin təkcə faktları qeyd etməsi kifayət deyildir.Müəllim şagirdlərin təlim tərbiyə işini idarə etməyi də bacarmalıdır.Buna görə də o, öz yetişdirmələrinin daxili aləminə nüfuz etməyi bacarmalı,onların fikri iş tərzlərini izləyə bilməlidir. Professor A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq və vərdişləri dörd qrupa bölür:
1) məlumatverici bacarıq və vərdişlər;
2) səfərbəredici bacarıq və vərdişlər;
3) inkişafetdirici bacarıq və vərdişlər;
4) istiqamətləndirici bacarıq və vərdişlər.
Müəllimin pedaqoji bacarıq və vərdişlərindən biri də səfər­bər­edi­ci bacarıq və vərdişlərdir. Şagirdlərin diqqətini səfərbər edib əsas obyektə-təlimə yönəltmək, onlara öyrənməyi öyrətmək, al­dıq­ları biliyi praktikaya tətbiq etmək bacarığı aşılamaq,öz işini plan­laş­dırmağı bacarmaq və s. səfərbəredici bacarıq və vərdişlərə aiddir.Onu da bilmək lazımdır ki, bu fəaliyyət formaları ilk növbədə mü­əl­lim tərəfindən icra edilməli,şagirdlər isə onun iştirakçısına çevril­mə­lidirlər.Səfərbəredici bacarıq və vərdişlər:
– şagirdlərin diqqətini səAfərbərliyə almaq və onlarda  təlimə və əməyə davamlı maraqlar yaratmaq,onları oxumağa öyrətmək,onları öz iş yerini hazırlamağa,kitabla,alətlərlə işləməyə alışdırmaq;
 – şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı aşılamaq;
 -kollektivin inkişafına rəhbərlik etmək,şagirdlərin kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi bacarmaq;işləri dəqiq planlaşdırmaq,ona nəzarət etmək və obyektiv olmağı bacarmaq.
YAZAR: Səkinə Mürsəlova