Babək: Xalq qəhrəmanı yoxsa İslam əlehdarı?

798-ci ildə Bilalabad kəndində kasıb bir ailədə bir oğlan uşağı dünyaya göz açdı. Valideyinləri öz oğlanlarına Həsən adını verdi. İslamı qəbul etmiş atası oğluna ərəb adını vermişdi. Bu uşaq sonrakı dövrlərdə Azərbaycanın tarix səhnəsinə öz adını qızıl hərflərlə yazdıran Babək Xürrəmi idi. Cavanlığı Təbrizdə çobanlıq eləməklə keçən bu gənc həmin vaxt Xürrəmilərin lideri olan Cavidanın diqqətini cəlb etmişdi. Cavidanın ölümündən sonra ərəb xilafətinə qarşı azadlıq mübarizəsinə – Xürrəmilər hərəkatına Babək rəhbərlik etməyə başladı. Xəlifənin qüvvələrini bir neçə dəfə məğlub edərək nüfuzunu artırdı. Xəlifəyə qarşı onun bu mübarizəsi 20 ildən artıq davam etdi. Sonda bu qəhrəman şəxs 838-ci ildə Samirə şəhərində edama məhkum edildi.
Babəkin siyasi həyatdakı uğurları, onun aparmış olduğu müharibələr hər bir tarixçiyə və tarix həvəskarlarına təbii ki bəllidir. Lakin bu məqalədə mən son zamanlarda tarixçilər və elm adamları arasında gedən bir mübahisə haqda məlumat verməyə və onun cavabını öz düşüncələrimlə ifadə etməyə çalışacam.
Babək kimdir? İslam əleyhdarı, ya da xalq qəhrəmanı ? Bu suala cavab vermək üçün, əvvəlcə Babəkin yaşadığı dövrü təhlil etmək lazımdır. Babəkin yaşadığı dövr 450 illik Sasani hakimiyyətindən sonra, Xilafət-yəni ərəblərin hakimiyyəti altına keçən bir dövr idi. İslam dini əhali arasında yayılmağa başlayır, özünə yer tapırdı. Yuxarıda da qeyd etdiyim kimi Babəkin atası və anası da islamı qəbul etmişdi. Xilafət hakimiyyətinin ilk illərində olduqca mülayim siyasət yeridir, İslamı könüllü qəbul edənlərə güzəştlər edirdi.Tanınmış tarixçi Kərəm Məmmədli qeyd edirki, hətda Babəkin ailəsi və özüdə İslamı qəbul etmişdi. Xilafətin ən məşhur şüarlarından biri “Güc İslamdadır” şüarı idi.İslamda hümmətçilik prinsipi var idi,millətçilik prinsipi isə yox.Yəni İslam müsəlmanlığı qəbul edən türk və ərəb arasında fərq qoymurdu Bəs necə oldu ki, sonradan əhalinin ərəblərə qarşı münasibəti dəyişikliyə uğradı. Sualın cavabını tapmaq üçün bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Əsas səhflər Əməvilər dövründən başladı.Bu dövrdə İslamı qəbul edib ərəb olmayanlara mövla yəni qul deyilməyə başlanmışdı.Qeyd etdiyimiz kimi Xilafət hakimiyyətinin ilk illəri İslamı qəbul edənlər üçün firavan keçirdi. Lakin bir müddət sonra bu siyasət dəyişdi. “Güc İslamdadır” şüarı “Güc vergidədir” şüarı ilə əvəz edildi. Zaman keçdikcə Xilafət İslamın ədalət terminini unutmuş və işğallara, soyğunçuluğa başlamışdır. Amansız vergilər əhalinin narazılığına səbəb olmağa başladı. Yəni Xilafətin Abbasilər və Əməvilər zamanında İslamla olan bağları qopmuş və dini funksiyasını itirmişdir. Dini funksiyasını itirdiyi üçün sülaləyə və zülm vasitəsinə çevrilmişdir. Bir çox üsyanların səbəbi bu idi və Babək məhz bu vaxtı meydana çıxmışdı. Babək haqlı bir savaş içərisində idi. Çünki, Abbasi xilafəti də müsəlmançılıqdan çıxmışdı. Onlar üçün İslam işğal və istismar ideologiyasına çevrilmişdi. Çünki Abbasilər İslamın Əbu Hənifə kimi böyük alimini zindanda işgəncə altında şəhid elədilər. Gerçək İslam Əbu Hənifənin yaydığı İslam idi. Abbasilər dini funksiyasını itirdikdən sonra bir çox müsəlman o vaxt Babəkə sığınmışdı. İndidə deyirlər bizə Demokratya və ya mədəniyyət Avropadan gəlib.Xeyr.Götürək Dədə Qorqud dasdanımızı.Babəkdən yazmaq isdəyən ,İslamdan əvvəl bizdə mədəniyyyət və dini inanc olmayıb demək isdəyən birinci açıb Dədə Qorqudu oxumalıdır.Həmin vaxd Türk döyüşürdü,döyüşdən sonra məclislər qururdu lakin mədəniyyətsizlik yox idi.Dədə Qorqud ideologiya rəhbəri,Salur Qazan ordu başçısı,Bayandur xan müasir dövrlə desək Hökümət başçısı.Toplum demokratik toplum.Dini inanc isə Tanrıçılıq.İndi gələk 7 ci əsrə ərəblərin bu torpaqlara ilk ayaq basdığı dövrə.İndi Avropanın bir sözüdə odurki,sizə tolerantlıq aşıladıq.Ərəb gəlib öz dinini yaydığı ilk vaxdlarda hamı dözüm gösdərərək bu inancı qəbul etmişdi.Dözüm o vaxda bizdə idi demokratya və tolerantlıq o vaxda bizdə olmuşdu.Xarici mənbələrin Türklərlə bağlı ən böyük təzadı bax budur.Yeri gəldikdə olduqca mədəni bir millət olduğumuzu yazan mənbələr yeri gəldikdə bizi Barbar kimidə qələmə verə bilir.İndi baxaq 9_cu əsrə yəni Babəkin ilk çıxışlarına.Nəyə görə 200 il sonra eyni İslamı qəbul edən xalq üsyana başladı? Sual vermək olar ki, əgər Babək islama qarşı idisə onda niyə onun ordusunda müsəlmanlar da fəaliyyət gösdərirdi? Çünki, Babək İslama qarşı deyil, Abbasilərin amansız siyasətinə qarşı mübarizə aparırdı.Nədənsə 7 ci əsrdə İslamı qəbul edən xalq tolerant adlandırıldığı haıda 9 _cu əsrdə üsyan qaldıranda barbar və İslam düşməni oldu.Təbərinin “Tarix_ür_rüsili_vəl_müluk” əsərində olduqca maraqlı bir fakt var.Orada yazılıbki Babək Səhl ibn Sumbat tərəfindən satqınlığa məruz qaldıqda belə bir cümlə işlədir.” Sən məni yəhudilərə çox ucuza satdın” Əgər Babək İslama qarşı vuruşsaydı Müsəlmanlara satdın deyərdi.Maraqlı məsələ odurki,Babəkin İslama qarşı olmadığını deyən mənbələr elə ərəb fars mənbələridir.Biz bu realllığı qoyub Sovet ideologiyalı mənbələrə inanmağı üsdün tuturuq.Həmin mənbələrki Səfəvilərin fars dövləti olduğunuda qeyd edir.Təssüf ki bu fikirləri söyləyən müdafiə edən bəzi “ziyalılarımızda”var. Məsələnin ən gülünc tərəfi isə Babəki İslam əlehdarı adlandıranların əksəriyyətinin xrisdian icmasının üzvləri olması və bir tərəfdəndə ərəbləri mədəniyyətsiz bir xalq kimi qələmə verən şəxslər olmasıdır.
Əməvilərin süqutundan sonra Ərəb hakimiyyətinin çökməsi ilə gizli inanclar nəfəs almaq imkanına sahib oldular. Abbasi dövləti də təzə qurulmuşdu. Abbasi dövlətinin qurulma vaxtı başa çatana qədər bu təriqətlər artıq siyasi, hərbi və sosial gücə çevrilmişdi. Ortada boşluq meydana gəlirdi. Bu boşluqdan istifadə edərək köhnə Sasani inancları əsasında təşkilatlanmalar meydana çıxdı. Bilirik ki, Sasanilər bu bölgəni 450 il idarə edib və bu 450 illik hakimiyyət 100-200 ildə unudula bilməzdi. Bir anlıq təsəvvür edəkki,müasir dövrümüzdə xarici bir qüvvə gələrək bizim dini inancımız olan İslamı başqa bir inancla dəyişdirməyə cəhd edir.Bu təbii ki qısa bir müddətə alınmaz. Ərəblərin amansız istismarı istər-istəməz xalqda əvvəlki inanclara qayıtmaq meyli yaradırdı. Xürrəmilərin də əsas inancını atəşpərəstlik – yəni köhnə Sasani inancı təşkil edirdi. Babəkin ailəsi İslamı qəbul etmişdi. Çünki, onlar Xilafətinn mülayim dövründə yaşayırdılar. Babək isə Abbasilərin İslam idealogiyasından ayrılıb amansız sülaləyə çevrildiyi dövrdə yaşamışdı. Təbii ki, haqlı olaraq onun bu zülmə qarşı mübarizə aparması ədalətdi idi. Babək İslama deyil, işğala, istismara qarşı mübarizə aparırdı. Məhz buna görə tarixi qəhrəmanlarımızı qaralamaq istəyənlər Babəki İslam düşməni adlandırırlar. Nailə Vəlixanlının dediyi kimi “Ət-Təbərinin” əsərlərini oxuyan hər bir şəxs Babəkin kim olduğunu anlayar.Unutmayaqkı tarixi Qəhrəmanlarını qaralayan hər bir xalq uçuruma getməyə məcburdur.

YAZAR: Müşfiqə Quliyeva
Həmçin bax: https://turaz.org/prezident-bu-gun-biz-vaxtile-terk-edilmis-qarabag-yatagina-qayidiriq/
Həmçin bax: https://tehsilim.org/i-ve-iv-ixtisas-qrupu-secenlerin-nezerine/
Həmçin bax: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması