Azərbaycanlıların ata-baba torpaqlarından deportasiyası
1948-1953-cü illər
1943-cü il noyabr ayının 28-dən dekabrın 1-dək SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran konfransı ərəfəsində, ermənilər SSRİ xarici işlər naziri V.Molotova müraciət edib, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdilər. V.Molotov bu barədə İ.Stalinə müraciət etdikdən sonra ermənilər Ermənistan SSR ərazisinə köçürülməsinə razılıq almışdı. Bu köçürmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Buna görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul etdi. 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədər tədbirlər haqqında” digər bir qərarla bu köçürməni həyata keçirmək üçün tədbirlər planı müəyyən edildi. Bu qərarla 1948-1950-ci illərdə 100.000, 1948-ci ildə 10.000, 1949-cu ildə 40.000, 1950-ci ildə isə 50.000 nəfər azərbaycanlı “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Qərarın ikinci maddəsinsə xüsusi olaraq qeyd edilirdiki, Ermənistan SSR Nazirlər sovetinə icazə verilsinki orada yaşayan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədər onların boşaltdıqları tikililərdə, yaşayış evlərində xaricdən gələn ermənilər yerləşdirilməsi həyata keçirilsin. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 144.000-dən çox azərbaycanlı zorla Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Təkcə 1949-cu ildə Saatlı,İmişli,Mirbəşir (indikiTərtər) , Əlibayramlı, Göyçay, Kürdəmir, Ucar, Xaldan, Zərdab, Yevlax, Jdanov, Sabirabad, Salyan, Gədəbəy və Bərdə kimi aran rayonlarına 15.276 adam köçürülmüşdü. Minlərlə adam kəskin iqlim dəyişikliyinə dözməyərək həlak oldu. Deportasiya prosesi 1956-ci ilə qədər davam etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan deportasiya olunmuşdu. 1997-ci il dekabrın 18-də Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərmanı dünya ictimaiyyətinə ifşa olunmuşdur.
1988-1989-cu illər.
Azərbaycan türklərinin Ermənistandan, özəlliklədə İrəvan şəhərindən sürgünü üçün hazırlıqlar 1960-cı illərin ortalarından başlanmışdı. XX əsrin 60-70-ci illərindən Ermənistan hakimiyyəti dəfələrlə Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini ortaya atmışdılar.
Zaman-zaman Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilərin imzası ilə SSRİ-in müvafiq idarələrinə “tarixi ədalətsizliyin aradan qaldırılması”-yəni ermənilərin Azərbaycana və Türkiyəyə qarşı torpaq tələblərinin aradan qaldırılmasını istəyirdilər. Bütün bunların içində azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarında çıxarılması üçün İrəvan hər cürə vasitələrin yerinə yetirilməsindən qaçmırdı.
24 aprel 1983-cü ildə ermənilər soyqırım gününü bəhanə edərək İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) ərazisinin mərkəzində (Uluxanlı) azərbaycanlıların yaşadığı evlərə hücum etmiş və qəsəbədəki məzar daşlarını qırıb dağıdıblar. Yerli xalq qaçaraq Türkiyə sərhədinə sığınıblar.
1985-ci ildə Mixail Qarbaçovun Sov.İKP.MK-nın sədri seçildikdən sonra ermənilərin əl-qolları yenidən açıldı.
25 yanvar 1988-ci ildə, Ermənistanda yaşayan azərbaycanlılara qarşı basqınlar nəticəsində Ermənistan SSR-in Qafan və Mehri bölgələrindən ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdiriliblər lakin bu vəziyyət Azərbaycan hakimiyyəti tərəfindən gizlənilib.
20 fevral 1988-cı ildən etibarən İrəvanda ictimai aksiyalar başlandı. Aksiyaçılar “Ermənistan türklərdən təmizlənməlidir”,”Ermənistan sadəcə ermənilər üçündür” kimi şüarlar səsləndiriblər. Aksiyanın 2-ci günündə İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi, M.F.Axundov adına orta məktəb, C.Cabbarlı adına İrəvan dövlət Dram teatrı ermənilər tərəfindən yandırıldı, həmçinin azərbaycanlıların evləri.
17-20 iyunda İrəvanda teatr meydanında yığışan silahlı ermənilər azərbaycanlıların birlikdə yaşadığı Masis, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami və Sarvanlar kəndlərinə hücum etdilər. O günlərdə 20 nəfərdən çox azərbaycanlı yaralanmlşdı. Rayon mərkəzi Masisdən 3000-dən çox azərbaycanlı evlərindən çıxarılmışdır. Bütün bu yaşananlar qarşısında SSRİ heç nə etmirdi.
Ermənistanda azərbaycanlıların yaşadıqları şəhər və kəndlər içində ən acınacaqlı vəziyyətdə olan İrəvan şəhəri idi. Sumqayıtı tərk edib İrəvana gələn ermənilər azərbaycanlı ailələrin ünvanlarını öyrənir, onları öz evlərindən silah bahasına çıxardırdılar.
1988-ci ilin noyabr ayının son 10 günündə azərbaycanlıların Ermənistandan qovulmasının son mərhələsi idi. Amasiya bölgəsində əsirlikdə olan 10.000 azərbaycanlıdan başqa azərbaycanlı yox idi.
22 noyabr-7 dekabr 1988-ci il tarixlərində azərbaycanlıların yaşadıqları 22 rayonun 170 kəndində sadəcə Azərbaycan türklərinin yaşadığı və 94-ü isə qarışıq olan ərazi boşaldılması nəticəsində 250.000 azərbaycanlı öz şəxsi torpaqları olan Ermənistandan qovulmuşdu. O zaman 216 azərbaycanlı öldürülmüş, minlərlə qadın uşaq və qoca yaralanmış, on minlərlə ailənin malı talan edilmişdir.
2 dekabr 1988-ci il tarixində SSRİ Nazirlər Sovetinin qaçqınlara yardım olunması ilə bağlı qərar verilməsi üçün iclas təşkil olundu. Lakin bunun üçün çox gec idi. Artıq İrəvanda təxminən 3500 azərbaycanlıdan 4-5 azərbaycanlı ailəsi qalmışdı ki, onlarda evlərini ermənilər ilə dəyişmək istəmirdilər.
Rusiyalı tarixçi Yuri Pampayev 1988-ci ilin payızında azərbaycanlıların qovulmasını belə tamamlıyır: “Müdafiəsiz, silahsız azərbaycanlılar ümumillikdə heç nə olmadan və silahsız evlərindən qovaraq deyirdilər: Lənətli türklər, rədd olun Ermənistandan!”
Ədəbiyyat:
1.Nazım Mustafa -İrevan şehri
2.İradə Nuriyeva-Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək)
Yazar: Zeynəb Hüseynzadə