Azərbaycanlılar Niderland parlamentinin qarşısında Ermənistanın törətdiyi hərbi təxribatlara etiraz ediblər
Azərbaycanlılar Niderland parlamentinin qarşısında Ermənistanın törətdiyi hərbi təxribatlara etiraz ediblər
“Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın!”, “Ədalətsizliyə son qoyulsun!”, “Torpaqlarımızdan çıxın!”, “Ermənistan beynəlxalq hüquqa riayət etsin!”, “Ermənistan BMT–nin qətnamələrinə əməl etsin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, qeyri-konstruktiv mövqeyindən əl çək!”, “Azərbaycana qarşı təxribatların qarşısı alınsın!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!”.
“Report” xəbər verir ki, bu şüarlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq Niderland Krallığının parlamenti qarşısında keçirilən aksiyada səsləndirilib.
Etiraz aksiyasında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan və Türkiyə icmalarının üzvləri, onların niderlandlı dostları, tələbələrimiz iştirak ediblər.
Qaynaq :Report.az
Muxbir :Aytac Ceferova