Azərbaycanlılar Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər

 

ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

 

“Report”un xüsusi müxbiri xəbər verir ki, azərbaycanlılar Ermənistanın Azərbaycanla səörhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etiraz edirlər.

 

Soydaşlarımız əllərində Azərbaycan və ABŞ bayraqları, ingilis dilində şüarlar yazılımış və şəhidlərin rəsmi olan plakatlarla səfirliyin binasına doğru yürüş keçiriblər. Onlar “Qarabağ Azərbaycanındır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Stop Armenian agression!” və s. şüarlar səsləndirirlər.

 

Mənbə: Report.az

Xəbərçi: Aytac Cəfərova