Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirib

Azərbaycanlılar Avropa Şurasının mənzil-qərargahı qarşısında etiraz yürüşü keçirib.

Fransanın Strasburq şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasında azərbaycanlı və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan tələbələrimiz və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mənbə: big.az

Müxbir: Nuray Ələkbərova