Azərbaycanın yaxın gələcəkdə Türkiyədən alacağı növbəti silah – T-129 ATAK (HƏRBİ EKSPERT)
Azərbaycanın yaxın gələcəkdə Türkiyədən alacağı növbəti silah – T-129 ATAK (HƏRBİ EKSPERT)
Türkiyə müdafiə sənayesi son illərdə uğurlu işləri ilə tanınır. Bunlardan biri də “Atak” helikopteridir. Azərbaycanın Hərbi Hava Qüvvələrinin maraq dairəsinə daxil olan bu helikopterlər Türkiyənin TAI (TUSAŞ) şirkətinin müəssisələrində istehsal edilir. Türkiyənin eks Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Ankaradakı TAI müəssisəsində T-129 helikopterinə birgə baxış keçirməsi, bu helikopterin rəsmi Bakı üçün də mühüm əhəmiyyət kəsb etdiyini göstəriricisi kimi qəbul edilir.
İlk T129-A prototipi Türkiyədə ilk uçuşunu 17 avqust 2011-ci ildə həyata keçirib. Azərbaycan pilotlarının da iştirakı ehtimal olunan qəbul prosedurlarından sonra, 22 aprel 2014-cü ildə ilk T-129A helikopterləri Türkiyə Quru Qoşunlarına təslim edildi. Bu dəfə Ordu.az oxucularına “Atak” helikopterinin yaranma tarixi, layihənin inkişafı, konstruksiyası, texniki uçuş xüsusiyyətləri, mödifikasiyası, istifadəçiləri və s. haqqında məlumat verəcək.
Mənbə:Ordu.az
Müxbir: Aytac Cəfərova