Azərbaycanın tərkibində Naxçıvan MSSR və DQMV yaradılması

Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması:

Ermənistan SSR Azərbaycana məxsus Qarabağın dağlıq hissəsini ələ keçirməyə çalışırdı. Sovet rəhbərliyi – Moskva Ermənistanın Qarabağla bağlı iddiasını Təmin etməyə qərar verdi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Bürosu bu məsələni müzakirəyə çıxardı. Büronun 1921-ci il iyulun 4-də keçirilən İclasında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul edildi.N.Nərimanovun qəti etirazından sonra iyulun 5-də Qafqaz Bürosu yeni qərar qəbul Etdi: Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın və inzibati mərkəzi Şuşa şəhəri olmaqla ona vilayət muxtariyyəti verilsin Azərbaycan hökuməti daxilində milli kommunistlərin bir qrupu bu qərarın icrasına Qarşı iki il müqavimət göstərdi. Moskvanın təzyiqi altında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yalnız 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması haqqında qərar verdi. Xankəndi Vilayətin inzibati mərkəzi seçildi. İki ay sonra ermənilər Azərbaycan hökumətinin Razılığını almadan Xankəndinin adını dəyişdirərək xalqımızın qəddar düşməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar.

Naxçıvan MSSR-in təşkili:

Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində qalmasında yerli əhalinin ciddi müqaviməti ilə yanaşı, qardaş Türkiyə misilsiz rol oynadı. Sovet Rusiyası və Sovet Ermənistanı rəhbərliyi Naxçıvanda türk qoşunlarının Mövcudluğunu nəzərə almalı oldu. 1921-ci ilin martında Sovet Rusiyası ilə Türkiyə Arasında Moskvada imzalanan müqaviləyə görə, Naxçıvan bölgəsi Azərbaycanın himayəsi altında muxtar ərazi vahidi Kimi təşkil olunmalı, Azərbaycan Naxçıvanla bağlı hüququnu hər hansı bir üçüncü Dövlətə güzəştə getməməli idi. Müqavilədə Üçüncü dövlət dedikdə Ermənistan Nəzərdə tutulurdu. Naxçıvan məsələsinin ədalətli həlli Azərbaycanın mənafeyi və Türkiyənin təhlükəsizliyi baxımından böyük Qələbə idi. 1921-ci ilin oktyabrında Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə Arasında danışıqlar başladı. Danışıqlarda Sovet Rusiyasının göstərişi ilə Azərbaycan qardaş Türkiyə tərəfində deyil, Sovet Gürcüstanı və Sovet Ermənistanı tərəfində yer aldı. Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsi imzalandı. Bu müqavilə ilə Naxçıvanın Azərbaycana məxsusluğu bir daha təsdiq edildi. Naxçıvanın bir muxtar ərazi kimi dəqiq sərhədləri də müəyyən olundu. Qars müqaviləsinin iştirakçıları1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) yaradılması haqqında dekret İmzaladı. Muxtar respublikanın ərazisi 6 min kv. Km-ə yaxın idi. Lakin Moskvanın anti-Azərbaycan siyasəti nəticəsində Naxçıvana məxsus bir çox ərazilər Ermənistana Güzəşt edildi. Muxtar respublikanın ərazisi azalaraq 5,5 min kv. Km-ə endi. Bu azmış Kimi, 1929–1930-cu illərdə Ordubad və Zəngilan rayonlarının bəzi kəndləri hesabına Yaradılmış Mehri rayonu Ermənistana verildi. Nəticədə, Naxçıvan MSSR Azərbaycanın əsas hissəsindən ayrı salındı. Bu səbəbdən hazırda Azərbaycan Respublikası özünün ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa quru əlaqəsinə malik deyil.

YAZAR: Günel Yusubova
HƏMÇİNİN BAX: Azərbaycan cümhuriyyətinin xarici siyasəti
HƏMÇİNİN BAX: Tehsilim.org/efqanistanda-tehsil-problemi/