Azərbaycanin fiziki-coğrafi rayonları

Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən, yaxud oxşar ərazilərdən ibarətdir. Bu ərazilər iqlimin, relyefin, geoloji quruluşun, təbii landşaftların oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə – rayonlara ayrılır. Bu, fiziki-coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma aşağıdakı vahidlər üzrə aparılır: ölkə, vilayət, yarımvilayət, rayon. Bu bölgü vahidləri siyasi-inzibati bölgü ilə əlaqəsi olmayan və müəyyən təbii sərhədlər daxilində yerləşən ərazilərdir.

Azərbaycanın ərazisi 2 fiziki-coğrafi ölkənin – Qafqaz və Ön Asiya ölkələrinin daxilində yerləşir. Bu fiziki-coğrafi ölkələr daxilində 5 fiziki-coğrafi vilayət ayrılır: Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi, Lənkəran (Qafqaz ölkəsi) və Orta Araz (Ön Asiya ölkəsi). Vilayətlər (Orta Araz və Lənkərandan başqa) yarımvilayətlərə bölünür. Vilayət və yarımvilayətlərin daxilində isə 19 fiziki-coğrafi rayon ayrılır.

Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Samur-Şabran rayonu
Qonaqkənd rayonu
Zaqatala-Lahıc rayonu
Şamaxı rayonu rayonu
Qobustan-Abşeron rayonu
Kür dağarası çökəkliyi fiziki-coğrafi vilayəti
Qanıx-Əyriçay rayonu
Acınohur-Ceyrançöl rayonu
Qazax-Qarabağ rayonu
Küdrü-Şirvan rayonu
Arazboyu rayonu
Kür-Araz (Mərkəzi Aran) rayonu
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti
Gəncə rayonu
Qarabağ dağları rayonu
Qarabağ vulkanik yaylası rayonu
Həkəri rayonu
Lənkəran fiziki-coğrafi vilayəti
Lənkəran rayonu
Talış rayonu
Orta Araz fiziki-coğrafi vilayəti
Şərur-Ordubad rayonu
Günnüt-Qapıcıq rayonu

Yazar :  Səbinə İsmayılova

Həmçinin bax : https://kafkazh.com/yer-kuresinin-relyef-xususiyyetleri/

Həmçinin bax : https://tehsilim.org/yuxari-sinifler-ve-universitetlerde-enenevi-tedris-qismen-berpa-olunur/

https://kafkazh.com/tedris-prosesinde-oyredici-muhitin-teskili/