Azərbaycanın coğrafi mövqeyi,sərhədləri və sahələri

Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində yerləşən dövlətdir. Xəzər dənizinin cənub-qərb sahilində, 38°24’ ilə 41°54’ şimal enlikləri və 44°46’ ilə 50°50’ şərq uzunluqları arasındadır. Ərazisinin uzunluğu qərbdən şərqə 450 km, şimal-qərbdən cənub-şərqə 440 km-dir.Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası (390 km), şimal-qərbdə Gürcüstan (471 km), qərbdə və cənub-qərbdə Ermənistan Respublikası (1007 km) və Türkiyə (15 km), cənubda İran İslam Respublikası (765 km) ilə həmsərhəddir.Rusiya Federasiyası ilə sərhəd xətti Samur çayı, Sudur silsiləsi  Baş Qafqaz silsiləsinin yan hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıx, Qabırrı çayları Kür ilə Qabırrı çaylarının suayırıcısı təşkil edir. Ermənistan Respublikasından, əsasən, Murğuz, Şahdağ Şərqi Göyçə silsilələri Qarabağ yaylası ilə ayrılır. Türkiyə İran İslam Respublikası ilə dövlət sərhədini çox yerdə Araz, Bolqar, Astara çayları Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir. Azərbaycan Respublikasının quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.Azərbaycanın əlverişli İCM-ə malikdir. Son vaxtlar Mərkəzin Asiyanın türk dövlətlərinin müstəqillik qazanması , onların Türkiyə Avropa ölkələri ilə əlaqələrinin genişlənməsi İCM-nın əhəmiyyətini artırır. Ölkənin ucqar nöqtələri şimalda Quton dağ (3646m), cənubda Astara çayından keçən xətt, qərbdə Naxçıvanın Sədərək rayonu,şərqdə isə Şahdilidir.Respublikanın relyefi çox müxtəlifdir. Burada iki əsas relyefforması – düzənliklər dağlar üstünlük təşkil edir. Azərbaycan ərazisinin 60 %-ə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı onu əhatə edən Zəngəzur Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir. Ölkə daxilində relyefin hündürlük amplitudu Xəzər dənizi sahilindəki 26m-dən 4466m hundürlüyə qədər ucalan Bazardüzü zirvəsinədək ucalır. Yəni, Azərbaycanın ən hündür nöqtəsi Bazardüzü zirvəsidir. Bir daha qeyd edək ki,Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz,Talış dağları Kür-Araz ovalığı yerləşirBöyük Qafqaz özünün cənub-şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə Qobustan, cənub-qərbdə Alazan-Həftəran şimal-şərqdə Qusar maili düzənliyi. Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalınçınqıl çöküntüsü qatından təşkil olunmuşdur. Kiçik Qafqaz respublikanın cənub-qərb qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri Murovdağ, Şahdağ Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen çökmə süxurlardan təşkil olunmuşdur.

Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi onların bir sıra qollarından ibarətdir. Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağ arası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutur. Ovalıq Kür Araz çayları ilə beş düzənliyə ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan Salyan düzləri.Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçiovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.

Ölkənin ərazisi faydalı qazıntılarla (neft, qaz, polimetal, dəmir filizi, alüminium, kobalt, mineral sular s.) zəngindir. Dünyada mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycan Respublikasında müşahidə olunur. Respublika ərazisindən müxtəlif uzunluqda 8300-dən çox çay axır, 250-dən çox göl və su anbarları, zəngin torpaq-bitki örtüyü heyvanlar aləmi var.

Yazar: Ləman Mirzəzadə

Ədəbiyyat siyahısı:

1) Bəhruz Məlikov. AzərbaycanRespublikasının coğrafi mövqeyi, sərhədləri sahəsi

2) M.A Müseyibov. Azərbaycanın Fiziki Coğrafiyası