Azərbaycanda qadın hüquqlarının inkişafı

Tarix boyunca hər bir fərd kimi hüquqlara sahib ola bilməyən qadınlar hal-hazırda ən üst səviyyədə imkanlara malikdirlər. Lakin son dövrlərdə qadın hüquqlarının mövcudluğu ilə realizəsi arasında üstü qapanmayan boşluqlar vardır. Həmin boşluqları cəmiyyət ya üstü qapalı , ya da açıq formada islamla əlaqələndirir. Həqiqətən də islam hüququ çərçivəsində qadın hüquqlarına yer verilirmi? Qurani-Kərimdə qadınların sosial vəziyyəti iki aspektdə
dəyərləndirilmişdir: 1. İslamdan öncəki dövrdə qadın ; 2. İslamda qadın.
• İslamın bərarqərar olması doğulan qız uşaqlarını öldürmək adətini zamanla sıradan çıxardı. Kiçik qızların yaşamaq hüququ onların təbii hüquqlarından biri olub, Quranda öz əksini müxtəlif formalarda tapmışdır.
• İslamdan öncə bəzi qadınların cəmiyyətdə mövqeləri var idi, lakin bu
sadəcə varlı və əsilzadə nəslinə mənsub olanlara aid idi. İslam yarandıqdan sonra isə təbəqəsindən aslı olmayaraq bütün qadınların bu hüququ tanındı.
• İslam üçün qadın və yaxud kişi olmaq yox, önəmli olan yaxşı və təmiz bir insan ola bilməkdi. Bu, artıq, qadınlar arasında bərabərliyi , qadın və kişi arasında bərabərliyi özündə əks etdirir.
• Qadınlar bu dinin gəlişi ilə oxu və yazı qaydalarını öyrənmiş və öyrətməyə
başlamışlar. Qadın ixtiyarında olan irsdən , öhdəsində olan maldan istədiyi kimi istifadə edə bilir. İslamda qadının izdivacı öz əlindədir , bu məsələdə hər hansı bir məcburiyyət yolverilməzdir.
Gördüyünüz bu müddəaları yazmaqda məqsədim odur ki , müasir dövrümüzdə elə geridə qalmış insanlar var ki , qadın hüquqlarını mentalitetlə məhdudlaşdırırlar. Hətta iş o yerə gəlib ki, onlar “ o qadındır, ona filan şey
olmaz, bunu edə bilməz ” kimi düşüncələriylə dindən sitat gətirirlər. Hətta hərkəsin dilindən düşməyən din qadın
bacarığını , hüququnu qəbul etdi. Bəziləri isə hələ də mentalitet pərdəsi arxasında gizlənirlər. Bir mühüm məqamı vurğulamaq lazımdır ki, bəşəriyyətin inkişaf tarixinin bütün mərhələlərində qadınların kişilərlə bərabər rol oynamalarına baxmayaraq, qeyd edək ki, onların hüquq bərabərliyi əsrlər boyu bir çox
subyektiv və ya obyektiv səbəblərdən öz həllini tapa bilməmişdir. Bunun əsasında bütün beynəlxalq təşkilatlarda bu məsələ qlobal problem kimi ortaya qoyulmuş, beynəlxalq sənədlər qəbul edilmişdir. Sözügedən sənədlərin
reallaşdırılması, burada qeyd olunan öhdəliklərin yerinə yetirilməsi bu sənədləri qəbul edən dövlətlərin qarşısında duran əsas məsələlərdəndir. Məhz elə buna görə də hüquqi dövlət quruculuğunun, demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf səviyyəsinin mühüm meyarı kimi qadın hüquqlarının təmin olunması, həmçinin qadınların
cəmiyyətdə , siyasi hakimiyyətdə təmsilçiliyi qəbul edilir. Artıq, qadınların müasir cəmiyyətdə ictimai-siyasi həyatın bütün sahələrinə ciddi təsir etməsi özünü göstərir.
Bu gün Azərbaycanda da qadın hüquqlarının müdafiəsi istiqamətində intensiv
işlər görülür. Müasir dövrümüzdə çoxları avropalaşmağa çalışır. Bəs bilirsinizmi ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə AXC dövründə bu hüquq bizim qadınlara verildi? Və artıq 1991-ci ildən sonra müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başladı. Dövlətimiz gender məsələsi, qadınların vəziyyəti ilə bağlı BMT, ATƏT və s. təşkilatlarla da əməkdaşlıq edir.

“Məişət zorakılığı” , “gender bərabərsizliyi” , “qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Ancaq belə düşünürəm ki,
şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadın hüquqları daha çox pozulur, buna görə də bu ərazilərdə qadınların maarifləndirilməsi üzrə xeyli işlər görülməlidir. Dövlətimiz hər iki cinsə – qadın və kişiyə eyni gözlə baxır. Bu ölkədə qadınların hüququ var, amma hüquqlarını bilməyən qadınlar da var . Bu problemin aradan qalxması üçün də seminarlar, müxtəlif maarifləndirmə tədbirləri  təşkil edilir. Bir sıra Avropa ölkələrində eyni cinsin nümayəndələrinə nikaha girməyə qanuni icazə verilir. Və bunun adını müasirlik qoyublar. Mən isə müasirliyi xanımlarımızın müasir təhsilə, elmi biliklərə yiyələnməsində, cəmiyyətdə özünə layiqli və ləyaqətli yer tutmasında görürəm. Məsələn,bu yaxınlarda gömrük sistemində bir xanım general rütbəsinə layiq görüldü. Mən müasirlik buna deyirəm. Qadın gözəlliyin harmoniyasıdır. Odur ki, qadınlarımız müasirliklə milli mentaliteti özlərində harmoniya şəklində yaşada bilərlər.

YAZAR: Vəsilə Allahverdiyeva

Həmçinin bax: Təkamül ideyalarının inkişaf tarixi

Həmçinin bax: https://turaz.org/putin-ermenistanin-qarabag-razilasmasindan-imtinasi-bu-olkenin-intihari-olardi/