Azərbaycanda koronavirusa yoluxmuş 70 nəfər süni nəfəs cihazına qoşulub

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 314 nəfərdir.APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.Qeyd olunub ki, xəstələrdən 70 nəfəri isə süni nəfəs cihazına qoşulub.Xatırladaq ki, bugünədək Azərbaycanda 30 050 nəfər COVID-19-a yoluxub, onlardan 22 684-ü sağalıb, 417 nəfəri isə ölüb.

Mənbə: apa.az
Xəbərçi: Aytən Abbasova