Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

 

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.

Musavat.com “Oxu.Az”a istinadən xəbər verir ki, Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayeva bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Qeyd edək ki, mərhum keçən ay Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Mənbə: Yeni Müsavat Qəzeti
Jalə Hüseynova