Azərbaycan

Bildiyimiz kimi dövrümüzdə aparılan uğurlu islahatlar Azərbaycanın inkişaf strategiyasında böyük rol oynayır. Gündən-günə gözəlləşən şəhərimiz, abadlaşan vətənimiz dünyanın gözündə ən gözəl yerlərdən biri sayılır. Cənab prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlar Azərbaycanın tək daxili yox, xarici məsələlərdə də laiqli yerini almasına gətirib çıxarır. Azərbaycanda firavan həyatın, mehriban yaşayışın olması bizim insanlarımızın səyi nəticəsində əldə edilmişdir. Vətənimizə, yurdumuza gələn turistlər Azərbaycanın necə gözəl yer olduğunu, insanlarımızın necə mehriban, qonaqpərvər olduğunu hər yerdə hər zaman bildirmişlər. Tək xarici vətəndaşlar deyil, tarix boyu Azəebaycana gələn xarici sənətkarlar belə öz kitablarında Azərbaycanın necə gözəl, münbit bir yer olduğunu qeyd etmişlər.

Vətənimiz tarix boyu əziyyətlərə qapılaraq, çətin günlərdən keçərək öz müstəqilliyinə çatmışdır. Müstəqil bir dövlətin yaradılması, onun laiqli şəkildə idarə edilməsi çox çətin bir məsələ idi. Yadelli işğalçı qüvvələr hər zaman Azərbaycanı zəbt etmək istəyirdi. Çünki Azərbaycanın nefti-hər şeyi var idi. Dünya müharibəsi zamanında Azərbaycanın nefti bəzi ölkələr üçün ən önəmli aktual məsələ idi. Belə gözəl yurdun, vətənin müstəqilliyi xalqımızın, dövlətimizin müstəqilliyi deməkdir. Ötüb keçən zaman artıq Azərbaycanı 1990-cı illərə gətirib çıxardı. Hər zaman olduğu kimi Azərbaycan uğrunda mübarizə yadellilərin fikrindən yan ötüşüb keçmədi. 20 yanvar hadisəsi, torpaqlarımızın işğalı Azərbaycanı sözsüz olaraq sarsıtdı. Azərbaycan çox çətin zamanla üz-üzə qalsa da yenə də məğlub olmadı, mübarizə apararaq sonda yenə öz müstəqilliyinə qovuşdu. Xalqımız güclü bir hakimiyyətin dövlətimizə xidmət etməyin istəyirdi. Bu şəxs isə dahi lider, əvəzolunmaz siyasətçi, Azərbaycan xilaskarı Heydər Əliyev idi. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələrək xalqımızın uğurlu yolda tanınmasında böyük bir rol oynadı. Azərbaycan beynəlxalq və siyasi arenada laiqli yerini tuta bildi. Bu bizim uğurumuz idi. Tək siyasi islahatda deyil, iqtisadi, sosial islahatlar keçirərək dövlətimizi dünya miqyasında tanıtmağa nail oldu. 1993-cü ildən artıq Azərbaycan işıqlı yolda addımlamağa başladı. Ulu öndər Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünün qorunmasında misilsiz rol oynadı.

Artıq zaman yetişirdi, tanınmış Azərbaycanın uğuru dillər əzbəri idi. Təəssüflə qeyd etmək istərdim ki, 2003 il yetişdi. Bu il çox çətin illərdən biri idi. Ulu öndərimiz vəfat etdi. Bu xəbər Azərbaycanı çox sarsıtdı. Yurdumuz o gün sanki qara dumana qərq olmuş vəziyyətə düşdü. Tariximizin acı günlərindən biri idi Heydər Əliyevin vəfatı.  Liderimiz vəfat etsə də o hər zaman bizim qəlbimizdə yaşayır-yaşayacaq da!

Heydər Əliyev yolunu cənab prezident İlham Əliyev davam etdirir. Aparılan uğurlu islahatlar, siyasi, strateji məsələlər bütövlükdə miqyaslı işlər Azərbaycanı yenidən dünyada tanıdır. İlham Əliyev hər zaman bizim kimi gənclərə diqqət etmiş və edir də. Biz də gənc olaraq Azərbaycan gəncliyini yaşadaraq bütün dünyada tanıtmalıyıq. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”

 

 

 

 

Müəllif: Ələkbər Mansurlu