Azərbaycan Xalq Cümhuriyyəti

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ
Sentyabrın 15-i vaqe olmasa, yəqin ki, mayısın 28-nin ibtidası bir səneyi-dövriyəsini görmədən imtəhayə varar, gedərdi. Bakının Azərbaycan üçün sadə bir paytaxt, “can şüşəsi” olduğunu nəzərə alırıqsa, həqiqi istiqlal gününün senyabrın 15-i olduğunu qəbul etməliyik.
M.Ə.Rəsulzadə

1 . Azərbaycan Cümhuriyyətinin elanı

1917-ci ilin mart ayında – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.1917-ci ilin noyabrında Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar regional parlament(seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfər müsəlman üzvü bu parlamentdə Cənubi Qafqaz üzrə 1 milyon müsəlmanı təmsil edirdilər.Zaqafqaziya Seyminin ilk iclası 1918-ci ilin fevralında Tiflisdə baş tutur. Seymdə üç əsas partiya var idi: gürcü sosial-demokratlar (menşeviklər) 32, “Müsavat” partiyası 30, ermənilərin “Daşnaksütyun” partiyası 27 deputat. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların “İttihad”, “Hümmət”, müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına(44 nəfər) “Müsavat”ın lideri M.Rəsulzadə başçılıq edirdi.Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü depu-tatları Apreldə Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Elan olunan respublikanın paytaxtı Tiflis idi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Amma bir ay sonra Federasiya dağıldı. 26 May 1918-ci il tarixli son iclasında seymin buraxıldığı elan edildi.27 May 1918-ci ildə qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın Milli Şurasının yarandığını elan etdilər. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə (Müsavat), müavini Həsən bəy Ağayev (Müsavat), katibi Mustafa Mahmudov (Müsavat), icraiyyə komitəsinin (hökümətin) sədri Fətəli Xan Xoyski (bitərəf) seçilib. Digər üzvlər isə Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman Nərimanbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər Şeyxülislamov, Məmməd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid Bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məmməd Məhərrəmov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə. 28 Mayda Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi. Həsən bəy Ağayevin başçılığı ilə Azərbaycan istiqlaliyyəti haqqında bəyannamə qəbul edildi.İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləridaxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.Bəli, 28 May 1918-ci ildə şərqin ilk demokratik respublikası rəsmən elan edildi. Amma dövlət Tiflisdən elan edilmişdi. Bakı faktiki olaraq işğal altında idi.Cümhuriyyətin sərvət və varidat mənbəyi olan Bakı əldən getmiş, bolşevik-erməni qüvvələri Gəncəyə doğru irəliləməkdə idi. Daxildəki ermənilərin də bu düşmənlə birləşmələri halında vəziyyət təhlükə yaradacaqdi

2. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ SOSİAL-SİYASİ VƏZİYYƏT:

Respublikada iqtisadi və siyasi vəziyyət mürəkkəb olaraq qalmaqda davam edirdi. Ölkədə yaranmış siyasi şərait və iqtisadi vəziyyətlə əlaqədar olaraq, 1919-cu il sentyabrın 12-də “Müsavat”Partiyasının parlament fraksiyası hökumətə etimad məsələsini irəli sürdü, sesvermə zamanı bitərəf mövqe tutan “Müsavat” fraksiyasından fərqli olaraq, “Əhrar”, “İttihad” və sosialistləri təmsil edən fraksiyalar hökumətə etimad göstərmədiklərini qəti və açıq şəkildə bildirdilər. M.Ə.Rəsulzadə çox təəssüflə təsdiq etdi ki,cəmiyyət hələ də köhnə çar qanunları ilə yaşamaqda davam edir və təkcə “Müsavat‖ Partiyasının gücü ilə mövcud vəziyyəti dəyişmək mümkün deyildir. M.Ə.Rəsulzadənin fikrincə, “Müsavat” fraksiyasının parlamentdə çoxluq təşkil etməməsi və fraksiyalar arasındakı fikir ayrılıqları çox ciddi məsələ olan aqrar məsələni qısa zamanda həll etməyə imkan vermir”.Aqrar məsələ hesabat məruzəsində öz ciddi əksini tapmadığına görə qurultay nümayəndələrin tələbi ilə yenidən partiyanın aqrar proqramının müzakirəsinə qayıtdı və dekabrın 8-də keçirilən 4-cü iclasını tamamilə aqrar məsələnin müzakirəsinə həsr etdi. Məsələ barəsində fikrini bildirən 20 nümayəndənin əksəriyyəti qurultayın aqrar komissiyasının mövqeyini müdafiə etdi. Respublika əhalisinin əksər hissəsini təşkil edən kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması torpaq məsələsinin həllindən bilavasitə asılı idi. Amma hökumətin o vaxtadək bu sahədə atdığı addımlar uğursuzluqla nəticələnirdi. Bununla əlaqədar olaraq, baş nazir parlament qarşısında aqrar qanununun təcili müzakirəyə çıxarılıb qəbul edilməsi məsələsini qaldırdı.Baş nazir hökumətin fəaliyyəti barədə çıxışının sonunda hökumətin əsas vəzifəsinin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq olduğunu xüsusi qeyd etdi və həm parlamenti, həm hökumət üzvlərini siyasi qarşıdurmaya son qoymağa və yeni hökumətin ətrafında birləşməyə çağırdı”İttihad” fraksiyasının lideri doktor Q.Qarabəyov, partiyası üçün hökumətdə iki nazir vəzifəsi alsa da, öz ənənəsinə s adiq qalaraq hökumətin proqramını kəskin tənqid etdi. O, dövlət məmurlarını rüşvətxorluqda, vəzifədən sui-istifadədə ittiham edib, “Respublika qəzalarını tamamilə yaddan çıxarmış” Maarif Nazirliyini isə kəskin tənqid atəşinə tutdu. Kommunistlərlə əlaqədə hərəkət edən digər müsəlman sosial-demokrat partiyası “Hümmət” idi.Hakimiyyətə can atan kommunistlər müsəlman sosialist hərəkatı amilini nəzərə almaya bilməzdilər. Bu hərəkatın yerli əhali ilə möhkəm əlaqədə olmadığını nəzərə alan kommunistlər müsəlman sosialistlərinin işini bu istiqamətə yönəltməyə, eyni zamanda bu işə rəhbərliyi qeyri-rəsmi olaraq öz əllərinə keçirməyə çalışırdılar. Bundan Hümmət”, “Əkinçi”, “Ədalət” partiyaları daxil olmaqla, bütün ifrat sol müsəlman təşkilatlarının fəaliyyətini səmərəli şəkildə idarə etmək lazım idi. ” Hümmət‖ə münasibətdə bu partiyanın ənənələrini, rəhbərliyində menşeviklərin üstünlüyünü və onun sadə üzvlərinin Rusiya ilə bağlı olan hər şeyə etibar etmədiyini nəzərə alsaq, bu çox da sadə məsələ deyildi.1919-cu ilin mayında rus bolşeviklərinin azərbaycanlılara təsirinin məhdudluğu barədə A.Mikoyan Moskvaya yazırdı: “Bizim partiyamızda ağıllı, işə sədaqətli və fəal müsəlman nümayəndələrinin kəskin çatışmazlığı müsəlman sosialistlərinin millətçi ruhlu sağ qanadına müsəlman fəhlələrinin bir hissəsini öz təsiri altında saxlamağa imkan verir. Sovet tipli hökuməti qəbul edənlər qorxurlar ki. bu, əcnəbi rus hökuməti olacaq və onların özləri hakimiyyətə gələ bilməyəcəklər
1919-cu ilin dekabrında onların liderlərindən biri – Ə.Pepinovun əmək naziri kimi N.Yusifbəylinin hökumət kabinetinə daxil olması bunu sübut edirdi. “Hümmət”in sol qanadı isə Azərbaycanda hakimiyyətin sovetlərə keçməsi məsələsini açıq şəkildə qoyurdu.

3. Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması:

AXC öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Daha doğrusu, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələrin (denikinçilərin, ingilislərin, bolşeviklərin, ermənilərin və s.) təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi. Lakin öz müstəqilliyini yenicə elan etmiş AXC-nin maddi imkanları, kadr potensialı, hələlik müvəqqəti paytaxt seçdikləri Gəncədə oturmaları və Bakıya daxil ola bilməmələri, mükəmməl təhlükəsizlik orqanı yaratmaq üçün ənənənin olmaması belə bir həyati əhəmiyyətə malik olan addımın reallaşmasına çətinlik törədirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. “Kəşfiyyat və əks-kəşfiyyat” adlanan həmin qurumun nə zaman yaradılması barədə konkret məlumat olmasa da, mövcud arxiv materialları həmin bölmənin 1918-ci ildə yaradılması barədə mülahizə yürütməyə əsas verir. Həmin bölmə Müdafiə Nazirliyi təsis edildiyi dövrdən, daha dəqiq desək, S.Mehmandarov nazirlikdə rəhbər vəzifəyə təyin edildikdən bir qədər sonra yaradılmışdı. Bunu deməyə əsas verən amillərdən biri Müdafiə Nazirliyinin başında duran rəhbərlərin böyük təcrübəyə malik olmaları və əvvəllər xidmət etdikləri Çar Rusiyasının, eləcə də dünyanın müxtəlif güc strukturlarının işlərindən xəbərdar olmaları və əldə olunmuş arxiv materiallarıdır. Belə ki, hərbi nazir S.Mehmandarov 1919-cu il 29 mart tarixli 156 saylı əmrində göstərirdi ki, 19 aprel 1917-ci ildə baş parutçik rütbəsi almış Ağalarova Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin 7 saylı sərancamı ilə 28 avqust 1918-ci ildə Əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra etmək tapşırılmışdırGəncə şəhərində Azərbaycan Ordusu Baş Qərargahının General-kvartirmeyster şöbəsinin Kəşfiyyat bölməsi rəisinin 1919-cu il yanvarın 28-də General-kvartirmeysterə göndərdiyi məktub xüsusi maraq doğurur: “Əks- kəşfiyyat bölməsi üçün 7 ştatı təqdim edir və məruzə edirəm ki, hələlik aşağıda adı çəkilən şəhər, dəmiryolu stansiyası və yerlərdə: Bakıda, Şuşada, Ağdamda, Qazaxda, Gəncədə və s. agent məntəqələrinin yaradılması məqsədəuyğundur” Buradan aydın olur ki, artıq dövlət təhlükəsizlik sistemi tədricən genişləndirilir və mümkün vasitələrlə inkişaf etdirilirdi. Düşmənin Azərbaycandakı maraqlarını, çirkin siyasətini, eləcə də ölkədəki gərginliyi nəzərə alan AXC-nin parlamenti 1919-cu il fevralın 25-də “Hərbi Nazirliyin ştatları haqqında” qanun qəbul etdi. General-kvartirmeyster idarəsi yanında Əks-kəşfiyyat bölməsinin yaradılması da həmin ştatda öz təsdiqini tapdı. General Mehmandarov Nazirlər Şurasına ünvanladığı məktubda Ərkani-hərbin struktur məsələlərinə toxunur və göstərirdi ki, bu hərbi qurumun içərisində üç şöbənin – General-kvartirmeyster, Topoqrafiya və Hərbi daşınmaların olması məqsədəuyğundur. Adları çəkilən şöbələrdən birinci ikisi Ümumi Qərargahın tərkibindən çıxarılaraq Ərkani-hərbə birləşdirildi.Bütün bunlar Azərbaycan ordusunun güclənməsinə və mövcud təhdidlərin, eyni zamanda casusluq fəaliyyətinin qarşısının alınmasına xidmət edirdi.

4.AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ:

Müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. 1918-ci ilin əvvəllərində Trabzon və Batum danışıqları Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarını üzə çıxartdı. Trabzon danışıqları dayandırıldıqdan sonra Batuma səfər edən Ənvər Paşa Trabzonda Zaqafqaziya hökumətinin dağılacağı təqdirdə Türkiyə ilə geniş sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini bildirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə – dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu.Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: “Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyin elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər” 4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər, Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu. Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də, Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nümayəndələri səmərəli danışıqlar apardılar.Sentyabnn 6-da isə Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi qəbul (audiensiya) mərasimi düzəltmişdi. Bakının azad edilməsi istiqlalı elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.Bakının azad edilməsi barəsində məlumatı Ənvər Paşa İstanbulda olan Azərbaycan nümayəndələrinə çatdırdı. İstanbuldan baş nazir F.X.Xoyskiyə və xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda M.Ə.Rəsulzadə göstərirdi ki, Bakının alınması burada əhvali-ruhiyyəni qaldırmışdır. Bakı azad edildikdən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts, Avstriya-Macarıstan diplomatik nümayəndələri, Osmanlı Sultanlığının Qafqaz Ordusunun hərbi qərargahı Bakıya gəldi.Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı.Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar. İngiltərənin baş naziri Lloyd Corcun fikrincə, müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıyaa gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.
1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər12. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun “Bakıda ən bacarıqlı adamlardan biri” saydığı F.X.Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.

5.AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN SÜQUTU:

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -“Müsavat”, “Əhrar”, “İttihad”, sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi respublikada siyasi durumu pozan və sabitsizliyi dərinləşdirən mühüm amillərdən biri idi. Hakim “Müsavat” Partiyasında üzə çıxan ziddiyyətlər, dövlətin daxili və xarici siyasətinin birmənalı qarşılanmaması fraksiya üzvlərinin sayına görə parlamentdə ikinci yerdə olan “İttihad”ın parlamentin fəaliyyətinə təsirini gücləndirir və parlamentdə öz şərtlərini diktə etməsi üçün şərait yaradırdı.
Aprelin 27-də günorta, artıq hərbi drujinaların faktiki olaraq şəhərdə vəziyyətə tam nəzarət etdiyi və XI qızıl ordunun ön hissələrinin Azərbaycan Cümhuriyyəti ərazisində olduğu bir vaxtda Azərbaycan İnqilab Komitəsi qanuni hökuməti devirib hakimiyyəti qəsb etməsinə qanuni don geydirməyə çalışırdı. Bu məqsədlə aprelin 27-də saat 11-də başda H.Sultanov olmaqla kommunistlərin nümayəndə heyəti AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransının adından hakimiyyəti N.Nərimanovun başçılıq etdiyi sovet fəhlə-kəndli hökumətinə təslim etmək barədə Ç.İldırım tərəfındən tərtib olunmuş ultimatumu parlamentə təqdim etdi. Cavab 2 saat ərzində verilməli idi, əks-halda bolşeviklər atəş açmaqla hədələyirdilər1920-ci il aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev,Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə “Qızıl ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək” haqqında rəsmi xahişlə müraciət etdi .Lakin müraciət tamamilə formal xarakter daşıyırdı .Beləliklə, aprel çevrilişi xarici qüvvənin “ildırım sürətli öldürücü” yürüşü nəticəsində həyata keçdi. Daxili səbəblər isə (hökumət böhranı, Qarabağ münaqişəsi, silahlı üsyana hazırlıqda yerli kommunistlərin fəal iştirakı, Türkiyə hərbi qulluqçularının köməyi) qızıl ordunun ölkəni istila etməsini yalnız asanlaşdırdı.Cümhuriyyətin yaradılması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi. O, qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Azərbaycan Cümhuriyyəti demokratik respublika kimi bərqərarlaşırdı.

ƏDƏBİYYAT SİYAHISI:

1. Sərxan Carçı ”CUMHURİYYƏT XİLASKARLARİ ƏMANƏT MƏZARLAR “
2. Cəlal Qasımov. Cümhuriyyətin təhlükəsizlik orqanları (1918-1920). Bakı: 2018, 170səh.
3. Azərbaycan tarixi ,1900-1920 ci illər , ,V Cild,Baki , Elm, 2 0 0 8, 583 səhifə
4. Аgamaliyeva N. Azərbaycan Demokratik Respublikası parlamentinin fəaliyyətinə dair, səh. 90.
5. Mehman Abdullayev “Azərbaycan tarixi (ən qədim zamanlardan -21 ci əsrin ilk onilliklərinədək )BAKİ DOVLƏT UNİVERSİTETİ NƏŞRİYYATİ ,BAKİ,2014
6.Məmməd Əmin Rəsulzadə “Azərbaycan Xalq Cümhuriyyəti” Bakı ,Gənclik ,1991 ,110 səhifə

YAZAR: Ayşən Süleymanova
Həmçin bax: 1948-1953-cü il deportasiyası
Həmçin Bax: 1918 ci ilin əvvəlində Bakı quberniyasında ermənilərin vəhşilikləri
Həmçin bax: https://tehsilim.org/diamond-mmc-rus-dili-kursu/
Həmçin bax: https://turaz.org/haqqimizda/