Azərbaycan Xalq Cümhuriyyəti
“Azərbaycan xalqının tarixində bu gün – 28
May qədər böyük bir dəyərə malikdir.
28 Mayda Cümhuriyyətin istiqlalı bütün
cahana elan edilmişsə, 15 sentyabrda
bu istiqlal maddətən təyid olunmuş,
Azərbaycan hökuməti öz təbii mərkəzinə
müvəffəqiyyətlə daxil olmuşdur.”
– M.Ə.Rəsulzadə
1918-ci ilin yazında Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda mürəkkəb siyasi vəziyyət müstəqil dövlətin yaranmasının zəruri amili idi. 1918-ci il 27 mayda Zaqafqaziya Azərbaycan fraksiyasının iclası keçirildi. Nəhayət, 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın iclasında mühüm qərarlar alındı. Beləliklə, Azərbaycan Müsəlman Şərqində ilk dəfə demokratik quruluşlu respublika yarandı. Altı bəndlik İstiqlal bəyannaməsi qəbul edildi. Burada qeyd olunurdu: AXC vahid və suverən dövlətdir. Siyasi quruluşuna görə xalq cümhuriyyətidir. Ali hakimiyyət xalqın seçdiyi Müvəqqəti Milli Şuraya və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumətə tabedir.
F.Xoyski radioteleqrafla yeni dövlətin yaranmasını elan etdi. AXC-ni ilk tanıyan Osmanlı dövləti oldu. Bu da xarici siyasətdə ilk uğurlu addım idi. 1918-ci il 4 iyun Osmanlı “Sülh və Dostluq” müqaviləsini imzaladı. Azərbaycanın daxili işlər naziri Hacinski və Rəsulzadə tərəfindən imzalanan müqavilədə qeyd olunurdu ki, Osmanlı və Azərbaycan dostluğu daimidir. Müstəqil Azərbaycan dövlət quruculuğunda isə ən mühüm nailiyyətlərindən biri Parlamentin yaradılması idi. Parlament 7 dekabr fəaliyyətə başladı və sədri Əlimərdan bəy Topçubaşov oldu. Parlamentin açılış iclasında çıxış edən Rəsulzadə qeyd edirdi: ” Möhtərəm Millət vəkilləri, Azərbaycan Milli Parlamentinin ilk iclasını açmaq şərəfinin üzərimə düşməsindən böyük iftixar hissi duyuram. ”
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin inkişafına bolşeviklər və digər qüvvələr mane oldu. 1920-ci il 28 aprel ölkədə çevriliş oldu. Azərbaycan Rusiya tərəfindən işğal edildi. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, (1918-ci il 28 may-1920-ci il 28 aprel) xalqın azadlıq hərəkatında dərin iz qoydu. Azərbaycanın müstəqil dövlətçilik ənənələrini davam etdirdi.
Azərbaycan Xalq Cümhuriyyətindən nə qədər yazsaq, danışsaq azdır. Xalq Cümhuriyyəti indiki Azərbaycanın müstəqil olmasının ilk addımı idi. Xalq Cümhuriyyəti qısa müddət ərzində bir çox ilklərə imza atmışdır. İlk dövlət bayrağımızı yaratdıq. Türk-müsəlman dünyasında kişilərlə qadınlara hüquq bərabərliyi verildi. Dövlət kimi formalaşdıq, ilk himnimiz qəbul edildi. AXC indiki Azərbaycan Respublikası kimi özünü dövlətlərə tanıda bildi. İlk universitetimiz olan BDU yarandı. Yəni, biz əgər müstəqiliksə, əgər azad seçim edə biliriksə, bunların hamısının təməli Azərbayycan Xalq Cümhuriyyətində qoyuldu.
YAZAR: Zinyət Paşazadə
Həmçinin bax: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması
Həmçinin bax: https://turaz.org/bmu-teleblerine-bir-sira-guzestlerin-edilmesi-barede-qerar-qebul-olunub/
Həmçinin bax: https://tehsilim.org/beynelxalq-turk-medeniyyeti-ve-irsi-fondu-resm-musabiqesinin-qaliblerini-mukafatlandirib/