Azərbaycan-Türkiyə təlimləri mediada: Ermənistana “göz dağı”

Bu gün Bakıda keçiriləcək Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak edəcək türkiyəli hərbçilərin bir qrupunu çərşənbə axşamı günü qəbul ediblər. Azərbaycan Müdafiə Nazirliyinə görə, birgə manevrlər hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirilir.BBC News Azərbaycanca təlimlər barədə mediaya nəzər salıb.Ermənistan “vəziyyəti izləyir”Azərbaycana türk əsgərləri gələn gün Rusiya ilə Ermənistan arasında görüş keçirilib. Bu barədə Lraqir.am portalı bildirir.Məlumatda deyilir ki, Ermənistanın müdafiə naziri David Tonoyan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin regional vəziyyəti müzakirə ediblər.David Tonoyan deyib ki, “Ermənistan hərbçiləri və vahid erməni-rus qruplaşması vəziyyətə nəzarəti davam etdirir və hadisələrin hər hansı inkişafına hazırdır

Xeberci.Ələkbərova Nuray
Menbe.bbc.az