Azərbaycan Turizm və Menecment Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir

Azərbaycan Turizm və Menecment Universiteti 2020-2021-ci tədris ili üçün Turizm və qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqə üç mərhələdən – sənədlərin qəbulu, müsahibə və sınaq dərslərinin keçirilməsindən ibarət olacaq.

Namizədlərə aid tələblər:

– Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);

– Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları;

-Tələbəyönümlü tədris metodikası;

– Kompüter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.

Tələb olunan sənədlər:

– Doldurulmuş müraciət və sillabus formaları;

– Şəxsiyyət vəsiqəsinin elektron surəti;

– Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər).

Namizədlərdən tələb olunan sənədləri career@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 2020-ci il avqustun 20-dir.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.

Ətraflı məlumatla universitetin rəsmi “Facebook” və “Instagram” səhifələrində tanış olmaq mümkündür.

 

Mənbə: azertag.az 

Xəbərçi: Aytən Abbasova