Azərbaycan Texniki Universitetinin tələbə-rektoru canlı yayımda sualları cavablandırıb

Azərbaycan Texniki Universitetinin tələbə-rektoru Əli Abdullazadə “Instagram” üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırıb.

Universitetdən bildirilib ki, təxminən bir saata yaxın davam edən görüşdə tələbələrin yay imtahan sessiyası, kəsirlərin həlli, icmal dərslərin və yay məktəbinin vaxtı ilə bağlı suallarına aydınlıq gətirilib. Tələbə-rektor belə görüşlərin mütəmadi keçiriləcəyini bildirib.
Qeyd edək ki, tələbə-rektor ona verilən səlahiyyətlər daxilində universitetdə təhsil alan tələbələrin maraqlarını təmsil edir.

Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova