Azərbaycan Texniki Universitetinin professorunun dərsliyi yenidən nəşr edilib
Azərbaycan Texniki Universitetinin professorunun dərsliyi yenidən nəşr edilib
Metallurgiya, maşınqayırma, materialşünalıq sahəsində çalışan mütəxəssislərin, tələbələrin, magistrantların, doktorantların maraqlarını nəzərə alaraq Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və metalşünaslıq kafedrasının məsləhətçi professoru Rəhim Şükürovun dərsliyi yenidən işlənilməklə və əlavələr edilməklə nəşr olunub.
AzTU–dan AZƏRTAC-a bildirilib ki, “Metalşünaslıq və termiki emal” adlı dərslikdə hər bölmə üzrə test sualları da əksini tapıb.
Dərslik AzTU-nun 70 illik yubileyinə və Azərbaycanda texniki təhsilin 133 illiyinə həsr edilib.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova