Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib
Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib.Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.
AzTU-dan AzEdu.az-a bildirilib ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formatda davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, 31 avqust – 4 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.
menbe:azedu.az
xeberci :Şükürova Fatma