Azərbaycan mentaliteti və Qaraqoyunlu türkləri
Azərbaycan xalqı çox əsrlik tarixə və mədəniyyətə, mentalitetə malik qədim türklərdən ibarətdir.
Azərbaycanda bir çox xalqlar məskunlaşmışdır: Talışlar, ləzgilər, avarlar, ayrımlar İrəvan Azərbaycanlıları və s. Bu gün mən İrəvan xalqından danışacam. İrəvan Azərbaycanlılarının əsasını Qaraqoyunlu türkləri təşkil edir. Qaraqoyunlu türklərinin Oğuz xanın oğlu Dəniz xandan törədikləri bizlərə məlumdur. Bəs onların Azərbaycan türklərindən fərqi nədir?
Qaraqoyunlu türkləri:Qaraqoyunlular əsasən van gölü və Göyçə gölü arasındakı ərazilərdə yaşayırdılar.Köçəri həyat sürmüşlər.Onlar 1988 ildə ermənilər tərəfindən yurd yuvalarından qovulduqdan sonra əsas iki yerə ayrılmışlar.Bir hissəsi dağları keçərək Gədəbəy,Tovuz,Qazax,Daşkəsən hətda Qarabağ və Gəncədə məskunlaşmış digər hissə isə Sumqayıt və Bakıya pənah gətirmişlər.Onlar bu köçə qədər yayda yəni may ayından etibarən dağlara öz çay daşından torpaqdan tikdikləri binə adlanan balaca komalara köçür və təxminən oktyabr ayına qədər burada maldarlıqla məşğul olurmuşlar.Qaraqoyunlular eynən əcdadları kimi öz türklüklərini daim qoruyub saxlamışlar.Araşdırmalarımda nənəmdən yəni-Ermənistan sovetinin keçmiş deputatından öyrəndiklərimə görə Qaraqoyunlular əsasən Göyçənin ətrafındakı Qaraqoyunlu dərəsi adlanan dərədəki 7 kənddə məskunlaşmışdırlar.O 7 kəndin camahatı bir-birinə qız verib qız almış,kökdəki qohumluqlarını yeniləmişlər.Bu ərazidə demək olar ki hamı qohumu ilə ailə qurur başqa millətlərə xüsusən ermənilərə qarışmırmışlar. Bu səbəbdən mənim müəllimim əslən İrəvan Azərbaycanlısı olan 1915ci ildən sonra ailəsi Qubadlı rayonuna köçən şair,kitabçı Xan Rəsuloğlunun belə bir fikri var: Mən hər zaman deyirəm ki,”Yerazlar” gələnə kimi Azərbaycan xalqı əsarət səbəbindən tarix boyu monqollara, ərəblərə, farslara, ruslara və təəssüflər olsun ki, bəzən ermənilərə qarışmış və türklüyünü itirməyə başlamışdı.”Yerazların”gəlişi ilə Azərbaycan xalqının damarlarına türk qanı vuruldu.”Bu fikri işlətməkdəki məqsədim bəzi Azərbaycanlılara səslənməkdir.Bəziləri hətda ana dilində danışmağı özünə ar bilir ya rusca yada başqa dildə danışaraq özünün sözdə mədəniyyətini və mentalitetini göstərməyə çalışır amma bu əsl mədəniyyətsizlikdir.Təsəvvür edin ki,bir Azərbaycanlı öz sözləri dilinə yatmırmış kimi xarici tərzdə danışır və ya 1-2 il xaricdə yaşayıb gəldikdən sonra özünü “cool”göstərməkdən ötrü ağzını əyə -əyə xarici şivəsi ilə danışır.Yəni bir sözlə düşmən ocaq başındadır.Bəzi cəmiyətə yararsız axmaq sözdə “ruski yazıçnı” insanlar mədəniyyətimizi korlmaqdan başqa heç bir müasirlik göstərmirlər.Azadlıq və ya müasirlik özünü açıb tökməkdən ibarət olmamalıdır.Təxminən 1 ay əvvəl Bakıda oldum.Deməli Bakıda bakılı tapmadım.Çox təəssüf hissi ilə qeyd edirəm ki,bu dəqiqə inanmıram ki,kimlərsə klasik Azərbaycan musiqisinə-Bülbülə,Rəşid Behbudova, Şövkət Ələkbərovaya qulaq asa və ya Üzeyir Hacıbəyovun opera və baletlərinə baxa,keçmiş filmlərə tamaşa edə.. Əgər dediklərimi edənlər varsada bu yüzdə yüz keçmiş nəslin insanlarıdı.Yeni nəsil Bülbülü bəyənmir amma Pavarotdiyə pərəstiş edir. Bəli budu Azərbaycan xalqındakı çatışmayan hissə.Qayıdaq Qaraqoyunlulara. Qaraqoyunlular öz mətbəxləri,öz bədən quruluşları boyları ilə eynən qədim türkləri xatırladır. Bildiyimiz kimi Azərbaycanın dövlətdini İslam dinidir.İnsanların əsası isə Şiə təriqədinə inanır. Qaraqoyunlu türkləri isə təxminən 500 minlik nüfusları ilə Sünni təriqətinı inanc bəsləyirlər.Bunun əsəas səbəbi isə Qaraqoyunluların Osmanlılara yaxın yerləşməsi və farslarla əlaqələrinin olmamasından qaynaqlanır. Qaraqoyunlu ədəbiyyatçıların fikirlərinə görə ədəbi dilə ən yaxın dil Qaraqoyunlu türklərinin dilidir.Onların danışıqlarındakı bəzi sözlər bizə ləhcə kimi görünə bilər amma bu belə deyil. Məsələn götürək onların deyiş formasında “gəlirsənmi” sözünü onlar bu sözü “gəlirsənqmi” deyə səsləndirir. Əslində burdakı “nq”səsi küçən əsrin əvvəllərində diolimizdən çıxarılan qədim türk dilində istifadə olunan sağırnun səsidir.
YAZAR: Amin Xan