Azərbaycan ərazilərində dağıdılan abidələr

🔹Mart soyqırımı zamanı Bakıda dağıdılan abidələr.
Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keykubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər. Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi.
Nikolayevski küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı.
Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı.
«Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Bazar küçəsindəki keçmiş «İsgəndəriyyə» mehmanхanasının binası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
Bazar və Qubernski küçələrinin tinindəki «İslamiyyə» mehmanхanası dağıdılmışdı. Burda da əsasən müsəlmanlar yaşayırdılar.
Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.
Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi.
Həmin hadisələrdən bəhs edən başqa bir sənəddə göstərilir ki, bir dəstə daşnak əsgərləri və Şaumyanın adamları «Cəmiyyəti – хeyriyyə»nin (burada «İsmailiyyə» binası nəzərdə tutulur) qarşısına gəlib o binayi – müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya хainanə bir surətdə od vurdular, onu yandırdılar.
🔹 Azərbaycanın işğal altında olan ərazilərindəki arxeoloji abidələr də daxil olmaqla, tarix-mədəniyyət memarlıq abidələrinin sayı müəyyənləşdirilib.
Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini Müdafiə təşkilatı müəyyən edilib. 4500 abidənin 2550-sinin görüntüləri, hansı coğrafi ərazidə yerləşməsi, yaşı haqqında və digər mühüm məlumatlar əldə olunub.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında bu barədə demişdir: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan, məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirmişdir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparmış və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmuşdur”.
Bu gün ermənilər tarixi ərazilərimizdəki abidələrimizi məhv etməklə bu yeləri özlərinin “tarixi məskənləri” kimi təqdim etməyə çalışırlar. Hətta elə şəxslərin abidələrini ucaldırlar ki, onlar tarixdə qaniçən fəaliyyətləri ilə məşhur olmuş insanlardır. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist cəlladına heykəl ucaldıb.Bu qədər utanmaz və düşüncəsiz bir millətdir. Faşist Qaregin Njdeyə ucaldılan heykəl onu “milli qəhrəman” statusuna yüksəldib. Bu günlərdə isə Vanadzorda azərbyacanlılara qarşı görünməmiş müsibətlər törətmiş Andranikə də abidə ucaltmışdırlar.
Bizim isə Şuşadakı dünya şöhrətli şəxsiyyətlərə qoyulmuş abidələri güllələyiblər. Bunu da yalnız erməni vandalları edə bilərdilər. Təkcə bu abidələr deyil, işğal altıda olan ərazilərimizdə də, demək olar ki, tarixi abidələrimiz tamamilə yerlə yeksan edilib.
Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları edir. (Dəymiş ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablanmışdır).
Əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilmək üzrədir. Xristianlıq dövrünədək olan və xristianlıq dövrü abidələri isə erməniləşdirilir. Bu abidələrin üst yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu bəradə müxtəlif dillərdə dezinformasiya yayılmışdır və beynəlxalq ictimaiyyətə çatdırılmışdır.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur “Azıx” və “Tağlar” mağaraları, “Qaraköpək”, “Üzərliktəpə” kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Dağlıq Qarabağ, eləcə də işğal altında olan rayonlarımız tarixi, mədəni abidələrlə olduqca zəngin idi. Şuşa isə tarixi abidələr şəhəri idi. Bu gün Şuşadakı həmin abidələr yerlə yeksan edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar- Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi -Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim -Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi tamamilə darmadağın edilib.
Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda “Həmzə Sultan” və “Soltan Əhməd” saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət nümunələrini Ermənistana aparmışdılar.
Füzuli rayonun ərazisindəki memarlıq abidələrinin bəziləri “Əcəmi memarlıq məktəbi”nin təsiri ilə inşa olunmuşdur. “Əhmədalılar” və ya “Arğalı türbəsi” (XIII əsrin sonu), “Babı türbəsi” (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində “İbrahim türbəsi” (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və “Mir Əli türbəsi” (XIII əsr) kimi tarixi abidələr bu yerlərin qədim tarixə malik olduğunu təsdiq edir. İndi onların demək olar ki, hamısı dağıdılıb.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah “Mağara” yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dondarlı kəndində məscid, Dəmirçilər kəndindəki iki türbə, tağlı körpü,Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il ) məzarı yerləşir. Türbənin ətrafında Şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir daşları ərəb, fars, Azərbaycan dilli yazılarla xalqımızın həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqımın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir. Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məlumatları əks etdirir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilədək yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir.
İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi sürətlə davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda; 13 dünya əhəmiyyətli ,6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli ,119 memarlıq və 173 arxeoloji, 330 yerli əhəmiyyətli ,270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi,tarix və mədəniyyət abidələri qalmışdır.
Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş;dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.
Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində ;8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağılıb, viran edilmişdir.
Şuşa şəhərinin tarixi muzeyinin ;5 minədək əşyası,Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix – diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur.
Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə- Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda Milli İncəsənət Muzeyində nümayiş etdirilir.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan respublikamızın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il ” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Araşdırmaçı- yazar:  Gülnar Nəzərli