Azərbaycan əhalisinin daxili və xarici miqrasiyaların coğrafiyası

1)Əhali miqrasiyası (lat.miqratio- köçmə) insanların daimi və ya müvəqqəti yaşayış yerlərini dəyişməsi ilə bağlı Yer kürəsinin bir məntəqəsindən digərinə getməsidir.

2) Ümumən, əhali miqrasiyası dedikdə, insanların (miqrantların) bu və ya digər ərazi hüdudlarından keçməklə, yaşayış yerlərini birdəfəlik, yaxud müəyyən müddətə dəyişməsi başa düşülür. Miqrasiya proseslərinin intensivliyi daha çox iki amildən – insanların həyat şəraitindəki fərqlərlə bağlı iqtisadi və yeni dövlətlərin yaranması, sərhədlərin dəyişməsi, digər ölkələrdə siyasi-iqtisadi dəyişikliklərlə əlaqdər siyasi amillərdən asılıdır.

Miqrasya axınlarını istiqamətinə görə, xarici (qitələrarası və dövlətlərarası) və daxili (bölgələrarası, bölgədaxili) miqrasiyalara ayrılır.

Daxili miqrasiyalara aşağıdakılar aiddir:

  1. Mövsümi miqrasiyalar. Bu, mövsümi işlər üçün əlavə işçi qüvvəsi cəlb etmək zərurəti ilə bağlı əhalinin müvəqqəti yerdəyişməsi kimi başa düşülür. Ticarət səfərləri də mövsümi miqrasiya sayıla bilə İnqilabdan əvvəlki Rusiyada – kəndlilər qazanc dalınca, müvəqqəti olaraq, mövsümi işlərə gedirdilər (otxodniçestvo).
  2. Məcburi köçürülmələr. Bu, daxili miqrasiya növüdür. 1917-ci ilə qədər də Rusiyda məcburi köçürmələr olmuş Lakin bu, sovet dövründə daha bariz şəkildə təzahür etmişdir.
  3. Yeni torpaqların mənimsənilməsi və boş yerlərin məskunlaşdırılması da miqrasiya prosesləri ilə bağlıdır. Miqrasiya növü kimi, yeni torpaqların mənimsənilməsi böyük ərazilərə malik, əhali sıxlığında kəskin təzadlar olan ölkələr – Kanada, Rusiya, Qazaxıstan, Avstraliya, Braziliya, Çin üçün səciyyə

Ç) halinin kənd yerlərindən şəhərlərə yerdəyişməsi. Bu daxili miqrasiya növü zəmanəmizdə elə geniş miqyas almışdır ki, onu «xalqların XX əsrdə böyük köçü» adlandırmağa başlamışlar. Bu miqrasiya növü bir çox ölkələrdə şəhərlərin əsas böyümə mənbəyinə çevrilir. Bu, iri şəhərlərin böyüməsini «partlayış» həddinə gətirib çıxarır.

Emiqrasiya (lat. emiqrame – məskunlaşma) dedikdə, insanın uzun müddət, yaxud daimi yaşamaq üçün bir ölkədən çıxıb, başqa ölkəyə getməsi, immiqarasiya (lat. immiqrars – məskunlaşma) dedikdə isə, uzun müddət, yaxud daimi yaşamaq üçün başqa bir ölkədən gəlməsi başa düşülür. Kütləvi emiqrasiya xırda istehsalçı kəndli və sənətkarların müflisləşdiyi, işsizliyin artdığı Qərbi Avropada başlanmışdır. 1815-1919-cu illərdə Avropadan dünyanın müxtəlif yerlərinə 35-40 milyon adam mühacirət etmişdir. Mühacirlərin əsas hissəsi böyük ərazilərin mənimsənildiyi və məskunlaşdırıldığı Şimali Amerikada (ABŞ və Kanada) kök salmışdır.

Əsirlikdən qayıdanlar repatriant (lat. patria – vətən, re- geri sözlərindən) adlanırlar.

Səbəblərə və hərəkətverici mötivlərə görə, hər şeydən önə, iş axtarmaqla, təhsil almaqla, ərə getmək, yaxud evlənməklə bağlı sosial-iqtisadi miqrasiyalar ayırd edilir. Siyasi, milli, dini, hərbi, ekoloji səbəblərlə bağlı miqrasiyaların rolu artır ki, bu da qaçqın və məcburi köçkünlərin sayının artmasında təzahür edir. 90-cı illərdə xüsusilə,  keçmiş SSRİ məkanı dəqiq təsnif edilməyən miqrasiya axınları ilə əlamətdar olmuşdur. Formasınareallaşdırlılma üsuluna görə miqrasiya könüllü və icbari miqrasiyalara bölünür. Bəşəriyyət tarixində məcburi miqrasiyalar (məsələn, zəncilərin qul kimi alveri) yaxşı məlumdur.

Miqrasiyaların başlıca yekunları – gələnlərlə gedənlərin sayı arasında fərq (saldo) haqqında, bir çox hallarda, həmçinin ərazidə yaşayanların sayındakı faktik dəyişiklik və müəyyən müddətə əhalinin təbii hərəkəti arasındakı fərqin müəyyənləşdirilməsi əsasında fikir yürütmək lazım gəlir. Məsələn, siyahıyaalmalar arasındakı dövrdə şəhər əhalisinin sayı 150 min artmış, əhalinin təbii artımı isə 135 min nəfər olmuşdursa deməli, müsbət saldosu miqrasiyanın 15 min nəfər olmuşdur. Miqrasiyaların səciyyələndirilməsində çoxlu say göstəricilərindən: miqrasiya saldosundan– müəyyən müddət ərzində gələn və gedənlər arasındakı fərqdən istifadə olunur.

Miqrasiyaların intensivliyi – miqrasiyaların həcminin sakinlərin sayına (1000, yaxud 10000 nəfərə) nisbəti, miqrasiyanın səmərəliliyi – miqrasiya saldosunun miqrantların cəminə nisbəti və ya gələnlərin və gedənlərin nisbəti, yaxud gələnlərin sayının 100 nəfər gedənə və s. nisbətidir. Əhali miqrasiyası, insanların dəyişən həyat şəraitinə uyğunlaşma formalarından biri olaraq, bəşəriyyətin inkişafında çox böyük rol oynamışdır.

Ən dar mənada miqrasiya əhalinin yaşayış yerini dəyişməsi, köçü ilə bağlı geri dönməz məskənlərararsı hərəkətinin məcmusudur. Bu, ayrı-ayrı ölkələrdə, qitələrdə, bütün dünyada məskunlaşmanın «mənzərə»sini dəyişən prosesdir.

Milyonlarla insan yerini dəyişir, bəzi ölkələrin əhali strukturu əsaslı surətdə dəyişilir. Belə miqrasiya iqtisadi səbəblərdən kənar miqrasiya adlanır.

İqtisadi miqrasiya işçi qüvvəsinə tələbatdan asılıdır və müəyyən hüdudlarda daim baş verir. İqtisadi amillər bəzən siyasi səbəblərdən irəli gələn miqrasiyanı gücləndirir. Əlbəttə, «iqtisadi miqrasiya» termini təkcə miqrasiya edən işçilərə deyil, onların ailə üzvlərinə də şamil edilməlidir.

Immiqrasiya haqqında informasiya kifayət deyil, emiqrasiya haqqında məlumat isə cüzidir. Sonuncu onunla bağlıdır ki, bəzi Qərb dövlətləri ölkədən gedənlərin qeydindən daha çox, gəlmələr və onların getmələrinə nəzarət haqqında məlumatlarla maraqlanırlar.

Sosial sistemin tarazlı vəziyyətdə olmadığı və sistemin hər hansı elementində dəyişikliyin cəmiyyətin gələcək inkişafına əhəmiyyətli təsir göstərə biləcəyi şəraitdə sosial dinamika amillərinin proqnoz qiymətləndirilməsi öncəgörənlik çaları kəsb edir, ilk növbədə, tədqiqatçının intuisiyasına söykənir.

Miqrasiya proqnozu xüsusilə mürəkkəbdir. Biz burada bir sıra çətinliklərlə rastlaşırıq. Birinci çətinlik ənənəvi informasiya problemidir. Miqrasiyanın öyrənilməisndə, perspektiv qiymətləndirilməsində və müvafiq miqrasiya siyasətinin hazırlanmasında başlıca amil tam və dəqiq informasiya bazasının olmasıdır.

Bir çox regionlar gizli emiqrasiya problemi ilə üzləşirlər. Bu, xüsusilə Vyetnamdan, Çindən və inkişaf etməkdə olan digər ölkələrdən olan emiqrantlara aiddir. Bir çox sosial problemlər, o cümlədən kriminal şəraitin, etnik ziddiyyətlərin kəskinləşməsi və s. məhz gizli emiqrasiya ilə bağlıdır.

Miqrasiyanın proqnozlaşdırılması,- xüsusilə daim dəyişən sosial- iqtisadi şəraitdə,- son dərəcə çətin məsələdir. Miqrasiyanın birbaşa iqtisadi, siyasi, sosial amillərdən asılı olması göstərir ki, miqrasiya proqnozunun əsasında həmin amillərin mümkün inkişafı ssenarisi durmalıdır. Lakin hazırda bir çox ölkələrdə miqrasiyanın perspektivini işləyib hazırlamağa imkan verən müəyyən sosial- iqtisadi inkişaf ssenarisi mövcud deyil.

 Qəbilələr ta qədim zamanlardan yeni torpaqlar mənimsəmək ehtiyacı üzündən yerlərini dəyişmişlər. Qədim Yunanıstanda və Qədim Romada xalqların köçü tez-tez quldarlıq təsərrüfatı üçün yerli qulların tükənməsi ilə əlaqədar istilaçılıq yürüşləri formasında baş verirdi. Şimali Afrikada, Ərəbistanda, Mərkəzi Asiyada bu, ilk öncə, otlaqların tükənməsi nəticəsində köçəri maldar qəbilələrin çölləri məcburi tərk etməsi ilə bağlı idi.

Beləliklə, əhalinin qitələrarası və dövlətlərarası miqrasiyası onların demoqrafik öyrənilməsi baxımından, şübhəsiz, maraq doğurur. Bu, ümumiyyətlə, ən dəqiq ifadə olunmuş coğrafi fenomenlərdən biridir.

İkinci Dünya müharibəsi istər ölkədaxili, istərsə də dövlətlərarası miqyasda əhalinin böyük yerdəyişməsinə səbəb oldu. Müharibə çoxmilyonlu orduların hərəkətə gətirilməsi ilə yanaşı, milyonlarla mülki insanı vətənindən qopararaq qürbətə atdı. Təkcə 1946-1961-ci illərdə 7 milyona yaxın insan ABŞ-a köçdü. 1965-ci ildən ölkəyə gəlməyə məhdudiyyət qoyulmasına baxmayaraq, say limiti əvəzində «üstünlük» sistemi müəyyən edildi. Bu sistemə əsasən, imiqrasiya vizaları verilərkən elmi işçilərə, səriştəli mütəxəssislərə, nadir peşə sahiblərinə – «beyin axını»na üstünlük verilirdi.

Ona görə də müharibə qurtarandan sonra dövlətlərin qarşısında həlli böyük insan kütləsinin köçürülməsi ilə bağlı olan çox mühüm siyasi problemlər yarandı. Əvvələn, təcavüzkarların əlinə keçmiş şəxslərin vətənə qayıtmasını, ikincisi, yeni münaqişələrin qarşısını almaq məqsədilə almanların və yaponların Almaniya və Yaponiya ərazilərinə köçürülməsini təmin etmək lazım idi. 1948-ci ildə Fələstin ərazisinin bir hissəsində İsrail dövləti yaradıldı və Avropa dövlətlərindən, Aralıq dənizi, Yaxın Şərq ölkələrindən yəhudilərin oraya miqrasiyası başladı. Hazırda İsrailin işğal etdiyi ərazidə 1 milyondan çox, onun hüdudlarından kənarda, əsasən, Yaxın Şərqdə 4 milyondan artıq fələstinli yaşayır. Azad olunmuş müstəmləkə ölkələrindən xeyli avropalı, məsələn, Əlcəzairdən və Mərakeşdən milyondan çox fransız, Anqoladan və Mozambikdən yüz minlərlə portuqaliyalı repatriasiya olunmuşdur.

Əhalinin kütləvi daxili miqrasiyaları, hər şeydən əvvəl, urbanizasiya – əsasən, kənddən şəhərlərə, mənimsənilən torpaqlara köçmə ilə bağlı idi. Belə miqrasiyalar digər dövlətlər üçün də səciyyəvidir. Bu cür miqrasiyaların miqyası çox böyük olduğundan onu «XX əsrdə xalqların böyük köçü» adlandırmışlar. Onlar ayrı-ayrı ölkələrdə müxtəlif inkişaf mərhələsindədir. Belə miqrasiyalar inkişaf etməkdə olan ölkələrdə xüsusilə vüsət almışdır. İnkişaf etməkdə olan ölkələrin kənd sakinləri yaxşı güzəran dalınca şəhərlərə axışır ki, bu da böyük şəhərləri «partlayış» həddinə gətirib çıxarır. Qərbin inkişaf etmiş ölkələrində və Yaponiyada bu proses təqribən 80% urbanizasiya səviyyəsində başa çatmışdır.

Yazar : Səbinə İsmayılova