Azərbaycan Dövlətçilik Tarixi- Aratta Dövləti

Azərbaycan Dövlətçilik Tarixi- Aratta Dövləti

Aratta dövləti Şumer qaynaqlarının verdiyi bilgilərə görə Azərbaycanın güneyində- Urmiya gölünün güney və güney şərqində yaranmışdır. Dövlətin sərhədləri Ağrı dağından Güney Azərbaycanın Zəncan- Qəzvin şəhərlərinə qədər uzanırdı. Dövlətin əsasını miladdan öncə III minilliyin I yarısında Azərbaycan ( turk ) mənşəli Aratta tayfası qoymuşdur. Mesopotamiya bölgəsi ilə sıx əlaqələr quran Aratta dövləti güclü hərbi quruluşa malik idi. Buna görə də tez-tez Şumer şəhər dövlətlərinə müdaxilə edir və siyasi üstünlük qururdu. Şumer dastanlarında Aratta ilə bağlı çox mühim bilgilər verilir. Özəlliklə ” En- Merkar və Aratta hökmdarı ” dastanı Şumer- Aratta əlaqələri baxımından daha zəngindir.
Aratta adını Ararat adına çıxmağa çalışan ermənilər ( haylar ) güya bu dövlətin erməni ( hay ) dövləti olduğunu qeyd edirlər. Ancaq Aratta adı Alatau, Ala dağ adlarından yaranması mülahizəsi daha böyük üstünlük qazanıb. Aratta əhalisi qədim Baykal və Altay ərazisində yaşayan türk xalqları kimi Ay’a, Ay ilahəsinə inanmışlar. Aratta dövləti qədim Azərbaycan dövlətidir. Qədim Azərbaycan dövlətləri ilə bağlı araşdırmalar genişlənməli və saxtakarlığa son qoyulmalıdır! Tariximizi yaşadaq,onu qoruyaq və təbliğ edək…