AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ “SİNFİN İDARƏ EDİLMƏSİ” TƏLİM PROQRAMINA QƏBUL ELAN EDİR

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ “SİNFİN İDARƏ EDİLMƏSİ” TƏLİM PROQRAMINA QƏBUL ELAN EDİR

Təlimin məzmunu:

Sinfin idarə edilməsinə giriş: Sinifdə öyrənmə prosesini dəstəkləyən mühitin yaradılması
Sinfin effektli idarə olunması üçün dərs ilinin əvvəlindən etibarən lazım olan sinif prosedurlarının təşkili
Şagird davranışının idarə olunması
Fəallaşdırma məşqlərinin əhəmiyyəti
Təlimlər praktik əsaslarla, müasir, interaktiv metod və strategiyalardan istifadə edərək, formativ qiymətləndirmə apararaq həyata keçiriləcək. Müdavimlər hər təlim günün sonunda keçirilən mövzular üzrə refleksiya edəcəklər.

03–07.08.2020-ci il tarixlərdə ödənişli əsaslarla 30 saatlıq onlayn təlim (ZOOM proqramı vasitəsilə) təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.

Təlimlərdə iştirak edən ADPU, filial və ADPK nümayəndələrinə, eləcə də, eyni müəssisədən iştirakçıların sayı on nəfərdən çox olduqda ödənişə 15% güzəşt nəzərdə tutulur.

Mənbə: adpu.edu.az
Xəbərçi: Aytən Abbasova