Azərbaycan dilində samitlərin təsnifatı
Danışıq səslərinin bir qismi ağız boşluğundakı üzvlərin maneəsi ilə formalaşır. Bütövlükdə bunları nəzərə alaraq samitlər aşağıdakı kimi təsnif olunur:
• Küyün kəmiyəti
• Küyün yaranma üsuluna görə
Küyün kəmiyətinə görə samitlər iki yerə ayrılır: sonorlar və küylü samitlə
Sonorlarda az da olsa ton vardır. Ona görə də onlar küylülərdən fərqlənir. Sonor samitlər bunlardır: L,M,N,R
Küylü samitlərin yaranmasında hava axını ağız boşluğunda müxtəlif maneələrə rast gəlir və iki yerə ayrılır: cingilitili samitlər, kar samitlər.
Cingiltili samitləri tələffüz edərkən səs telləri gərginləşmiş vəziyətdə olur. Səs telləri bir-birinə daha yaxınlaşmış olduğuna görə hava axını güc, təyqiz özünə yol açır. Cingiltili samitlərin yaranmasında səs telləri fəalyyətdə olur. Cingiltili samitlər: B,V,Q,D,J,Z,C,Y
Cingiltili samitlər səslənəndə səs telləri gərginləşmir, hava axını sərbəst surətdə çıxır və səs tellərinin güclü titrəməsinə səbəb olmur.
Səs tellərinin zəif səslənməsi ilə kar samitlər yaranır: K,F,P,Ş,Ç,X,H,S,T,K’
Küyün yaranma yerinə görə: Küyün yaranmasında bəzi danışıq üzvləri dodaq, dil, ağız boşluğu fəal iştirak edir.
Bu damışıq üzvlərini nəzərə alaraq küyün yaranma yerinə görə aşağıdakı danışıq üzvlərinə görə təsnif etmək olar:
• Dodaqlar
• Dişlər
• Dil
Dodaq və dişlərin iştirakına görə küylü samitlər iki yerə ayrılır: qoşa dodaq samitlər və dodaq- diş samitləri
Qoşadodaq samitlərin yaranmasında alt və üst dodaq birləşərək birdən açılır. Qoşa dodaq samitləri bunlardır: B,P,M
Dodaq-diş Samitləri üst çənədəki ön dişlərin alt dodağa yaxınlaşması, kipləşməsi,birləşməsi ilə əmələ gəlir: V,F
Dilin iştirakına görə samitlər aşağıdakı kimi təsnif olur:
• Dilönü
• Dilortası
• Dilarxası
• Dildibi boğaz
H samiti həç dildibi boğaz samiti adlanır, həm də dodaq samiti adlanır.
3) Küyün yaranma yerinə görə samitlərin növləri. Küyün yaranma yerinə görə samitlər 3 yerə ayrılır:
1. Kipləşən vəya partlayan samitlər: B,P,D,T,G,K,Q,K’,M,N
2. Novlu yaxud sürtünən samitlər: V,F,J,Ş,Z,Ç,L,R,Ğ,X, H,Y,X’
3. Saf və ya qovuşuq samitlər:
Kipləşən və ya partlayan samitlər kipləşmiş danışıq üzvlərinin birdən açılması ilə hava axının partlayışla ağızdan çıxması ilə yaranır.
Novlu yaxud sürtünən samitlər hava axının sürtünərək çıxmasından yaranır. Belə ki küylü səs axını kipləşmiş danışıq üzvlərinin tədricən bir-birindən aralanması,və ya danışıq üzvlərinin bir-birinə yaxınlaşması ilə yaranmış cığırdan küylü səsin sürtünərək çıxması formalaşır.
Saf və qovuşuq samitlər müasir az dilində C, Ç samitləri istisna olmaqla yerdə qalan samitlərin hamısı saf samitlərdir. Ancaq C,Ç samitləri qovuşuq samitlərdir. Qovuşuq samitlər dedikdə onu başa düşmək lazımdır ki, Ç samiti yarım T və yarım Ş samitinun məxrəcində yaranır. C samiti isə yarım D və yarım J samitinin məxrəcində yaranır.
Heca. Heca nitqin fonetik parçaları içərisində çox mühüm yer tutan həlqəcikdir. Tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Hecalar sait səs əsasında formalaşır, sözdə neçə sait varsa o qədər də heca vardır.
Hecanın növləri. Hecalar hansı səslə başlayıb hansı səslə bitməsinə görə növlərə ayrılır:
Saitlə başlanan hecalar örtüsüz hecalar adlanır.A-na a burada örtüsüz hecadır. Samitlə başlanan hecalar isə örtülü heca adlanır. Mək-təb
Saitlə bitən hecalar isə açıq heca adlanır: Ba-ba
Samitlə bitən hecalara isə qapalı heca deyilir: Ar-mud
Hecalar fonetik tərkibinə görə iki qrupa ayrılır:
• Saf hecalar
• Qovuşuq hecalar
Saf heca təkcə bir səsdən ibarət olan hecalardır. A-ta ,a-na
Qovuşuq heca sait və samitin birləşməsindən düzələn hecalardır: ba-la
Azərbaycan dilində fonetik hadisə və qanunlar
Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumiləşmiş şəkildə fonetik hadisələr adlanır. Müasir Az dilində fonetik hadisələr bunlardır:
• Uyuşma (assimlasiya)
• Səs fərqləşməsi (dissimilyasiya)
• Səs düşümü (elizya)
• Səs artımı (proteza)
• Səs yerdəyişməsi (metoteza)
Müasir Azərbaycan dilində fonetil qanunlar bunlardır : ahəng qanunu , cingiltiləşmə qanunu
Uyuşma (assimilyasiya):
Ədəbi tələffüz zamanı söz tərkibində yaxın və yanaşı səslərdən biri özündən əvvəlki səsə və sonrakına təsir edərək, onu özünə yaxud məxrəc və akustik cəhətdən özünə yaxın olan səsə çevirməsi uyuşmadır: anlamaq- annamaq,tapmaq-tapbaq.
YAZAR: Nəzərli Gülnar
Həmçinin bax: Ünsiyyətin növləri, funksiyaları və strukturu
Həmçinin bax: https://turaz.org/azerbaycan-turkiye-herbi-telimlerinden-yeni-video/
Həmçinin bax: https://tehsilim.org/veten-muharibesi-istirakcilarinin-aile-uzvleri-ise-qebul-olunub/