Azərbaycan bayrağı

Xoş gəldin öz yerinə

Möhtəşəm ulu bayraq

Əcəb yaraşır sənə

Qürurla dalğalanmaq!

 

Göy Türkün göy səması

Dənizi var rəngində

Al çıçəklər açılıb

Yamyaşıl çəmənində

 

Məmməd Əmin səninçün

Qərib oldu dərbədər

Öpüb gözünə qoydu

Göyə ucaltdı Heydər.

——————————————-

Göy Türkün göy səması

Dənizi var rəngində

Al çiçəklər açılıb

Yamyaşıl çəmənində!

 

Sənə dikib gözünü

Bakım Şuşam Təbrizim

Sən hürr amalımızsan

Qürur yerimiz bizim

 

Qoymarıq kimsə tuta

Bundan sonra yerini

Nə heykələ nə bütə

Dəyişmə məskənini

 

Göy Türkün göy səması

Dənizi var rəngində

Al çiçəklər açılıb

Yamyaşıl çəmənində!

Hazırladı:  Rüşanə Babayeva (2009-cu il)