Azərbaycan Atabəylər dövlətində inzibati idarə sistemi
Azərbaycan Atabəyləri dövlətində inzibati idarə eynilə İraq səlcuq sultanlığında olduğu kimi idi. Atabəy dövlətinin banisi Şəmsəddin Eldəniz öz dövlətinin nə inzibati, nə də hərbi quruluşunda demək olar ki, heç bir dəyişiklik etmədi. O da başqa dövlət xadimləri kimi (məsələn, Mosul Atabəyləri dövlətinin banisi İmadəddin Zəngi), dövlətdə hakimiyyəti tam ələ alana qədər bir sıra aşağı rütbəli inzibati və saray vəzifələrini tutmuşdu. Sultan Məsudun hakimiyyəti zamanı Eldəniz sultan mətbəxinin nəzarətçisi (hakim əl-mətbəx əs-sultani) vəzifəsindən qoşun əmiri vəzifəsinə təyin olunmuşdur . 1132-ci ildə Sultan Məsud özünün ilk qısamüddətli hakimiyyəti zamanı Eldənizi Bağdadın şihnəsi təyin edir . Lakin hakimiyyət başına gəlmiş Sultan II Toğrul (1132-1135) Eldənizi bu vəzifədən azad edərək, onu öz kiçikyaşlı oğlu Arslan şahın atabəyi vəzifəsinə təyin etdi. II Toğrulun ölümündən sonra Sultan Məsud 1136-cı ildə atabəy Eldənizi mərhum II Toğrulun dul arvadı Mömünə xatınla evləndirdi və onu iqamətgahı Gəncə olan Arranın valisi təyin etdi. Eldənizin bu vəzifəyə təyin olunması ölkənin Gürcüstanla sərhəd olan rayonlarına Səlcuqilərin böyük əhəmiyyət verməsi ilə izah olunur.
Bu dövrdə Səlcuq hökmdarları sultanlıq taxtı uğrunda gedən daxili mübarizədə öz mövqelərini möhkəmləndirmək üçün hərbi iqta sistemini yaradaraq, onları özlərinə sədaqətli hərbi rəislər arasında bölüşdürürdülər. Nəticədə sultanlığın bütün əyalət və vilayətləri nəzarətləri altında on minlərlə qoşun saxlayan hərbi başçılar, əmirlər arasında bölünmüş oldu .Yuxarıda qeyd olunduğu kimi, daxili mübarizədə ən qüvvətli əmirlərin ittifaqı əsas qüvvə idi. Tezliklə Eldəniz Arran əmirlərini özünə tabe etdi və sultan Məsudun ölümü ərəfəsində demək olar ki, Arranın müstəqil hakimi olaraq, öz ixtiyarında 50 minlik qoşuna malik idi. İraq sultanlığında şahzadələr arasında, daha doğrusu, Abbasilər xəlifələrinin qızışdırması nəticəsində bir-birinə düşmən olan əmir qruplan arasında hakimiyyət uğrunda gedən vuruşmalar zamanı Şəmsəddin Eldəniz əsasən müşahidəçi mövqeyində duraraq, bundan yalnız özünə xeyir qazanmaq məqsədilə əlverişli fürsət gözləyirdi.
Mirxondun məlumatına görə, Eldəniz bu vaxt Şirvanı öz hakimiyyətinə tabe etdi. Eldənizin oğlanları – Arslan şahın ana tərəfdən qardaşları da yüksək dövlət vəzifələrini tutdular. Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan böyük əmir-hacib vəzifəsinə təyin olundu, Müzəffərəddin Qızıl Arslan Osman isə ali baş komandan oldu. Sultan Arslan şahın taxta çıxdığı gün atabəy Eldəniz “əmiriərindən hər birinə müəyyən vəzifə verdi. Əmirlər onun qarşısında durdular və həmin gün Şəmsəddin Eldəniz İraqın və Arranın çoxlu əmirinə fəxri paltarlar bağışladı. Rütbələrə dair cədvələ əsasən onların hər birinə at və qatır verildi. Sultan Arslan şah taxtda möhkəmləndi. Əmir Şəmsəddin Eldəniz isə onun atabəyi oldu”. Yuxanda qeyd olunduğu kimi, Arslan şah yalnız sözdə dövlətin başçısı idi, çünki ulu atabəy Eldəniz “fərmanlar verir, torpaqları iqta şəklində paylayır, xəzinə anbarlarını ixtiyarında saxlayır, özü istədiyi kimi onları ölkənin hər hansı bir yerinə köçürürdü”. Beləliklə, Şəmsəddin Eldəniz İraq sultanlığının həqiqi başçısı oldu. Bu dövrdən başlayaraq, “atabəy” ləqəbinin, “vəliəhd şahzadənin tərbiyəçisi” kimi ilkin mənası öz məzmununu dəyişir və hökmdarın ali tituluna çevrilir. Bu sözü adi mənasından fərqləndirmək üçün ləqəbə “ən böyük” (əl-əzəm) sözü artırılır. Eldəniz dövlət işlərində həlledici səsə malik idi, o həm də “məlik” titulunu daşımağa başladı ki, bu da onun hakimiyyətinin öz torpaqlarında irsi olduğunu göstərirdi. O, xarici siyasət üçün məsuliyyət daşıyır, müharibə elan olunması və qoşun toplanması məsələlərini həll edirdi. O həmçinin öz adını sikkə üzərində zərb olunması və xütbələrdə xəlifə və sultan adları ilə yanaşı öz adının da çəkilməsi hüququnu qazandı.
Atabəy Eldəniz adətən qoşunu döyüşə özü aparır, bəzən isə hərbi əməliyyatları öz müavininə (naibə), yəni qoşun komandanı – əmir sipəhsalar Qızıl Arslana tapşırırdı. Bu məsələ ilə əlaqədar olaraq R.A.Hüseynovun məqalələrindəki Azərbaycan Atabəyləri dövlətində vəzifə iyerarxiyasının (aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabeolma qaydası) xarakteristikasına dair bir neçə söz demək lazımdır. O, məsələn, yazır ki, Sultan Süleyman şah 1160-cı ildə Eldənizi “vəliəhd şahzadə Arslan şahın atabəyi” (yəni onun tərbiyəçi üçün məsul şəxs) təyin etdi. Beləliklə, atabəy-canişin Eldəniz atabəy-tərbiyəçi oldu. Deməli, Şəmsəddin və onun varisləri iki atabəy vəzifəsini daşıyırdılar: canişin və “tərbiyəçi”. Şəmsəddin Eldəniz şahzadə Arslan şahın atabəyi vəzifəsinə 1132-ci ildə onun atası Sultan II Toğrul tərəfındən təyin olunmuşdu, 1136-cı ildə isə Sultan Məsud Eldənizi Arranm canişini təyin edir, O, Arrana öz arvadı Mömünə xatınla – II Toğrulun dul qadını və oğulluğu – kiçikyaşlı şahzadə Arslan şahla getdi. Atabəy Eldəniz Arranı idarə etməyə gedərkən atabəy-tərbiyəçi idi. Müqayisə üçün Sultan Mahmud (1117-1131) tərəfındən İmadəddin Zənginin öz kiçik oğlanları Alp Arslan və Fərrux şahın atabəyi-tərbiyəçisi təyin olunmasını misal gətirərəm. İbn Vasil yazır: “Elə bu dövrdən İmadəddin Zəngi atabəy kimi məşhur oldu”. Yalnız bundan sonra hicri 521-ci ilin ramazan ayında atabəy Zənginin Mosula canişin təyin olunması haqqında sultan fərmanı (imənşur) verildi .
Atabəy Şəmsəddin Eldəniz özünü sultan atabəyi rütbəsinə qaldırmamışdı. O, şahzadə Arslan şahın atabəyi idi və Arslan şah sultan olarkən Eldəniz onun yanında elə həmin vəzifədə də qalırdı. Eynilə belə Eldəniz, R.A.Hüseynovun dediyi kimi, özünü “ulu atabəy” elan etməmişdi . Mənbə aydın göstərir ki, Şəmsəddin Eldəniz “ulu atabəy” titulunu məhz sultanm taxta çıxması ilə əlaqədar olaraq aldı. R.A.Hüseynovun atabəylərin “dördüncü kateqoriyasını” ayırması da əsassızdır. “Dördüncü kateqoriya – sülalə və dövlət qarşısında xidmətlərinə görə atabəy vəzifəsini deyil, atabəy titulunu alan əmirlər və sərkərdələrdir. Onların heç vaxt “tərbiyə alanları” olmamışdır, bu halda atabəy termini saray rütbəsi yox, şəxsi xidmətlər üçün qazanılmış rütbə mənasını daşıyır. Dördüncü qrupa Dəməşqin mülkədar atabəylərini – Buridləri, Mosul atabəylərini – Zəngiləri aid etmək olar”. Zəngi haqqında yuxarıda danışıldı, Burid atabəyləri sülaləsinin banisi Tuğtəkin isə şahzadə Dükəkin atabəyi idi. Şahzadə Dükək də Suriyamn səlcuq sultanı Tacəddin Tutuş ibn Alp Arslanın oğlu idi. “İkinci qabil atabəylərin, atabəy atabəyinin və ya onun va risi7 olan atabəylərin xüsusi qrupa – “beşinci kateqoriyaya” ayrılması da çətinlik törədir. Eldənizin bütün varislərini “sultanlar atabəyi” adlandırmaq yanlışdır, çünki İraq Səlcuqiləri sülaləsi sultan II Toğrul ibn Arslan şahm vəfatı ilə başa çatmışdır. Nə Əbu Bəkr, nə Özbək, nə Qutluq-İnanc Mahmud, nə Əmir Əmiran Ömər, nə Xamuş, nə Özbəkin nəvəsi Nüsrətəddin sultan atabəyləri olmuşlar. Beləliklə, atabəyin “iki rütbəli” olması haqqında danışmaq lazım deyil. Əlbəttə, eyni titulu daşıyan şəxslər həmişə eyni səviyyədə real hakimiyyətə malik olmamışlar. Lakin titulu ilkin, ənənəvi mənasından ayırmaq olmaz.
Eldəniz məhz ona görə Arranın hakimi (vali) təyin olunmuşdu ki, Sultan II Toğrulun şahzadə (məlik) Arslan şahın atabəyi idi. Səlcuq imperiyasının süqutu dövründə yaranmış dövlətlərin – Azərbaycan Atabəylərinin, Mosul Atabəylərinin, Fars Atabəylərinin və s. adına gəldikdə isə bu adlar səlcuq şahzadələri atabəylərinin özləri sülalə baniləri, irsi hakimiyyət sahibləri olduqdan sonra meydana gəlmişdir. Belə olduqda dövlət banilərinin varisləri, sultan uşaqlarının tərbiyəçiləri olub-olmadıqlarından asılı olmayaraq, atabəy titulunu qazandılar. Həmçinin bunu da qeyd etmək vacib – dir ki, atabəy əmirlərin, iqta sahiblərinin, hakimlərin (vali) süzereni (böyük feodalı) idi və feodal iyerarxiyasında onlann formal olaraq sultandan sonra tutduqları ikinci pillədən daha yüksək pillədə dururdu. Eldəniz isə “ulu atabəy” titulu ilə başqa atabəylərin (şahzadələrin atabəylərinin) süzereni hesab olunduğunu nəzərə çarpdırırdı. Bu dövrdə Eldəniz təkcə titula görə, yəni formal cəhətdən deyil, həm də real şəkildə süzeren hesab olunurdu, çünki onun hərbi qüdrəti və siyasi nüfuzu Orta Şərq ölkələrindəki hökmdarlar arasında ona birinciliyi təmin etmişdi. Azərbaycan Atabəyləri dövlətinin idarəsində (rəhbərliyində) ikinci şəxs vəzir vəzifəsi idi1 . O, bütün bürokratik aparatın başçısı sayılırdı və dövlət başçısının birinci müşaviri – məsləhətçisi idi. Atabəylərin vəzirləri də, səlcuq sultanlarının vəzirləri kimi bir qayda olaraq türk deyil, məmurlar mühitinin ərəbfars qulluqçularına mənsub idilər2 . İnzibati maliyyə aparatındakı başqa vəzifələri də qeyri-türklər tutmuşdu, məmurlar heç vaxt türk adlarını daşımırdılar və bu təkcə Səlcuqilər zamanı adi hal almamış, əksinə, hələ xəlifətin vaxtında ənənəyə çevrilmişdi. Yalnız hərbi vəzifələr və qanunla bağlı bütün işlər zadəganlığın türkdilli qulluqçularının əlində idi. Ən yüksək dövlət məmuru kimi vəzir yalmz hökmdar qarşısında məsuliyyət daşıyırdı. O, hər cür rəs mi mərasimlərdə, diplomatik işlərdə və vassallarla əlaqələrdə hökmdarm səlahiyyətli nümayəndəsi idi. Divan məmurlarının başçısı (əshab əd-divan) olan vəzir məmurlan vəzifəyə təyin etmək və işdən çıxarmaq hüququna malik idi. O, təqaüdləri (ərzaq), maaşları (məvacib) müəyyən edir, vergi sisteminə və xəzinəyə nəzarət yetirirdi.
Vəzir həmişə öz hökmdarının yanında olur, onu səfərlərdə və yürüşlərdə müşayiət edirdi5 , özü qoşun göndərə və ona başçılıq edə bilirdi6 . Vəzir vəzifəsi dövlətdə böyük hörmətə malik idi. Sultan Səncərin məktubundan götürülmüş aşağıdakı sətirlər bunu təsdiq edir: “Ən böyük vəzifə vəziratdır. Cəmiyyətin bütün işi və insan əməllərinin düzgün gedişi onunla bağlıdır. Vəziratın işinin nəticəsi ölkənin şöhrəti, gözəlliyi, intizamı və dövlətin qanunauyğunluğudur. Hökmdarlıq və çarlıq növbəsi bizə çatan vaxtdan bəri, bizim dünya hökmranlığımızın Günəşi Yer kürəsi ölkələri üzərində işıq saçdığı andan bizim fıkrimiz dövlətə – A llah onu möhkəmləndirsin – inama layiq və yaxşı həyat tərzini elə bir müdrik, bacarıqlı vəziri (dəstur) verməyə yönəldilir ki, o, idarəetmə qanunlarını, dövlətin gələcəyini bilsin, hökmdarların tərcümeyi-halını oxusun, həyat təcrübəsi ilə təmizləsin, bizi yaxşı işlərə çağırsın, üstündə keçici şöh rət və əbədi mükafat qazanılan düzgün yol göstərsin, təbəələrin vəziyyəti haqqında həqiqəti bizə çatdırsın, müsəlmanların işləri haqqında bizə məlumat versin, bütün bu hallarda bizim onlarm icrası haqqında necə əmrlər verə biləcəyimizi desin və göstərsin ki, buyurduğumuz bütün bu işlərdə biz onun sözü nə etibar edib inanaq…”. Şübhəsiz ki, bu, yalnız belə bir vəzir idealı idi: hər hansı bir konkret halda vəzirin hakimiyyəti onun vəziyyətindən və saraydakı siyasi qüvvələrin nisbətindən asılı idi. Vəzirlər vəzir, sədr, dəstur, xocayi bozorq titullarını daşıyırdılar, onların vəzifə əlamətləri isə mürəkkəbqabı (dəvat) və müəyyən mahud parçadan olan çalma idi2 .
Şəmsəddin Eldənizin vəzirləri bunlar idi: Muxtarəddin, Sədəddin Əsəd əlƏşəll4 , Şihabəddin Mahmud ibn Sikatəddin Əbd əl-Əziz əl-Hamidi ən-Nişapuri ələl-Hərəvi (hicri 561-ci ilin rəbiələvvəl ayında vəfat etmişdir). Atabəy Cahan Pəhləvanla Qızıl Arslanın vəzirlərinin adını müəyyən edə bilmədik, ola bilsin ki, yuxarıda adları çəkilmiş şəxslərdən bəziləri onların vəziri olmuşdur. Atabəy Müzəffərəddin Özbəkin vəzirləri ” Günlərin saçını ağarmağa məcbur edən və uzun illər ərzində divanın işlərini öz əlində saxlayan” Rəbibəddin Əbülqasım Harun ibn Əli ibn Zəfır Dəndan (1227-ci ildə vəfat etmişdir), onun oğlu Muin əl-İslam və “məşhur vəzirlər nəslindən olan, atabəylər dövləti zamanı Naxçıvanda divanə əl~istifada xidmət etmiş” Fəxrəddin Əbülfəzl Məhəmməd ibn Deyləm şah ibn Məhəmməd ən-Naxçıvani idilər. Monqollar zamanı sonuncu vəzir işdən uzaqlaşdı, cəmiyyəti tərk etdi və hər şeydən imtina edərək Əhərə getdi, o rada şeyx Qütbəddin əl-Əhəriyə qulluq etməyə başladı8 . Dövlətdə üçüncü vəzifə böyük və ya “ulu hacib” vəzifəsi idi. Başqa Səlcuq Səlcuq sultanlarının hakimiyyətində olduğu kimi, İraq sultanlığında da hacib (əl- hicab) vəzifəsi ən mühüm vəzifələrdən idi. Bu vəzifəni icra edən şəxs əmir əlhacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. O, hökmdarların şəxsi kamerdineri (saray xadimlərinə verilən fəxri ad) idi və dövlət başçısına aid mühüm işlər haqqında məlumat verir, onun tələbatı qayğısına qalır və saray mərasimlərini təyin edirdi. Bəzən hacib öz hökmdarların ın yanında elə nüfuz qazanırdı ki, hökmdar ona ikinci bir vəzifə də verird i. Məsələn, 1224-cü ildə Xarəzmşah Cəlaləddin Manqburnun qardaşı Qiyasəddin Pir şah (1220-1229-cu illərdə hökmranlıq etmişdir) Azərbaycana soxulub, atabəy Özbəkin torpaqlarını Naxçıvana qədər tutarkən, o, Naxçıvan kimi mühüm sərhəd vilayətin vəziratını öz hacibi Sədrəddin Əbül-Bərəkat əl-Os mana verdi. Mənbələrdə Pir şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmışdır: “Sədrəddin Əbül-Bərəkat əlOsmana verdi.
Mənbələrdə Pir şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmışdır: “Sədrəddin Əbül-Bərəkat əl-Osmani xəlifə Osman ibn Əffan əslindən olan ləyaqətli adamdır… hökmdarın şəxsi kamerdineri vəzifəsi (mənsəb-i həcəbat-i xass-i həzrət) ona tapşınhr. O, həmin vəzifəni tutmaq üçün zəruri keyfiyyətlərə malikdir. Hökmdara aid işlər (ərz-i mühimmat-i xass) haqqında və ümumi ehtiyaclar (rəfi’-i hacət-i anım) barədə məlumat vermək ona tapşırılır. Saray məmurları və qulluqçuları ona qulaq asmalıdırlar: bütün məsələlərdə onun səlahiyyəti vardır, sarayda onun tərəfindən qoyulmuş qaydalar qanun qüvvəsinə malikdir. Bu yaxınlarda biz ona hacib vəzifəsindən əlavə, Naxçıvanın vəzirliyini də tapşırdıq ki, kafirlərin ağalığı nəticəsində yaranmış itkiləri aradan qaldırsın, ədalətli bərpa etsin, dini cəmiyyətlərin, müsəlman və bütpərəstlərin vəziyyətlərini yaxşılaşdırsın, hər bir kəslə öz ləyaqətinə görə rəftar etsin, yalnız köhnədən təyin olunmuş vergiləri -müsəlmanlardan xəracı və zimmilərdən cizi alsın”1 . Hacib hökmdarın göstərişini icra olunmaq üçün şifahi surətdə vəzirə çatdırırdı2 .
Hacib hökmdarla sahibkarlar arasında əlaqə yaradan şəxs idi. Bəzən haciblər qoşuna və hərbi əməliyyatlara da rəhbərlik edirdilər. Rey hökmdarı Hüsaməddin İnanc sultanın və atabəy Eldənizin tabeliyindən çıxanda, Eldəniz öz hacibi Nüsrətəddin Cahan Pəhləvanı qoşunla onun üstünə göndərdi. İnanc məğlub edildi və Şəmsəddin Eldəniz “Rey vilayətini iqta şəklində öz oğlu Cahan Pəhləvana verdi. Vəzir Sədəddin əl-Əşəll şəhərin hakimi (əl-hakim) və Pəhləvanın demək olar ki, bütün işlərində müvəkkili (əl-mütəvəkkil) oldu”. Atabəy Eldənizin hacibi Toğrul Təkin Ayaz idi. Atabəylərdən Əbu Bəkrin və Özbəkin böyük hacibi Nəsirəddin Məhəmməd idi. Atabəy Özbəkin hacibi Şəmsəddin əl-Qumi idi. O, atabəy səfırinin gürcülərə tapşırığını yerinə yetirirdi.
YAZAR: Samirə İbrahimova
HƏMÇİNİN BAX: Qərbi Hun dövlətinin süqutu və Avropalıların yaddaşında Atilla
HƏMÇİNİN BAX: Tehsilim.org/samanizm-ve-xakas-turkleri-adli-seminar-kecirilecek/