“Azərbaycanda zəlzələ oldu”
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ötən gün yerli vaxtla saat 23:54-də Qobustan stansiyasından 23 km qərbdə Şamaxı ərazisində 3,2 maqnitudada zəlzələ olub.
Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Jalə Hüseynova
Mənbə: Report.az