“Azenko”nun direktorunun qəzada ölməsi ilə bağlı YENİ GÖRÜNTÜLƏR yayıldı”
Azenko”nun direktorunun qəzada ölməsi ilə bağlı YENİ GÖRÜNTÜLƏR yayıldı
Ötən gün “Azenko” MMC-nin direktoru Zəkəriyyə Poladovun yol qəzasında dünyasını dəyişməsilə bağlı yeni görüntülər yayılıb.
Lent.az APA -ya istinadən xəbər verir ki, hadisə ötən gün Abşreon rayonu ərazisində baş verib.
Belə ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Müxbir:kafkazh.com
Xüsusi müxbir: Şəbnəm Heydərli
Mənbə: APA