Azadlıq Simvolu- Babək

Azərbaycan tarixən çox geniş əraziləri əhatə etmişdir. Azərbaycan öz sərvətləri, məhsuldar torpağları, meyvə bağları ilə məhşur isi. Məhz buna görə də, yadellilər tez-tez yurdumuza basqınlar etmişlər. Lakin düşmənə boyun əyməyən Azərbaycan xalqı öz istiqlaiyyəti üçün savaşmışdır. Ərəb zülmünə qarşı yönələn və VIII- IX əsrləri əhatə edən Xürrəmilər hərəkəti isə ən böyük azdlıq dalğası olmuşdur. Bu hərəkatın IX əsrdə rəhbəri olan Babək isə Azərbaycan azadlıq hərəkatının simvoludur. İndi isə bir neçə sual qoyaq və cavablandıraq.

1. Babək kimdir? Xürrəmi sərkərdələrinin adları. Cavidan və Əbu İmran kimdir?
2. Xürrəmi hərəkatı və onun ideası.
3. Babəkdən əvvəlki döyüşlər.
4. Babəkin başçılıq etdiyi döyüşlər.
5. Hərəkatın sonu və nəticələri.
6. Ərəbdilli qaynaqlarda xürrəmilər.
7. Şərqşünasların xürrəmilər haqqında fikirləri.

1. Babək kimdir? Xürrəmi Sərkərdələrinin adları. Cavidan və Əbu İmran kimdir ? 
Babəkin soykökü ilə bağlı bir çox fikirlər vardır.Bəzi ərəbdilli qaynaqlarda  Babəkin əsil adının Həsən olması verilir. Fars mənbələrində isə o, Papan kimi qeyd olunur. Babək adının quruluşuna diqqət yetirdikdə bu adın Altay dillərinə məxsus olmasını görə bilərik. Babək və ya Baybərk bu adı Məmlük sultanı Baybarsın adı ilə vəya Atropatın atası Bəyvərasifin adı ilə müqayisə edə bilərik. X əsr Ərəb coğrafiyaçısı Əl Müqəddəsi Atropatın atasının adını Bəyvərasif kimi çəkir. Bu ad şübhəsiz ki, Əfrasiyab adının Ərəbcə yazılış formasıdır. Babək adı türk mənşəli baba sözündən yaranması isə daha məntiqlidir. Baba- “ ata, atanın atası “. Başqa Türk xalqlarında da, Babak, Baba, Babakay adları vardır. Babəkin milli kimliyi ilə bağlı digər fikir isə onun ana tərəfdən Xorasan türklərinin rəhbəri və Abbasiləri xilafətə gətirən Əbu Müslümün qız nəvəsi olmasıdır. Vaqid ibn- Əmr Təmimi yazır ki, Cavidan Babəklə söhbət edir və bu gəncin dilinin tutula-tutula danışmasına baxmayaraq İran dilini yaxşı bilməsini və zirəkliyini görüb yanına qulluğa götürür. Əgər Babək fars  vəya İran dilli bir millətin nümayəndəsi olsaydı öz ana dilini dili tutula-tutula danışmasına baxmayaraq mükəmməl bilməyə borclu deyildimi? Babək bir çox ərazidə o cümlədən, İran ərazisində çalışmışdır buna görə də, İran dilini yaxşı bilirdi. Babəkin böyüdüyü mühit, yəni Ərdəbil əzəldən Azərbaycan Türklərinin yaşadığı məkan olmuşdur.
Xürrəmi sərkərdələrinin bəzilərinin adlarına nəzər salaq. Adlara baxmazdan  əvvəl isə bir şeyə diqqət yetirmək lazımdır ki, xürrəmilər hərəkatı yalnız türklərin yaşadığı coğrafiyada olmuşdur ( Mərkəzi Asya, Azərbaycan, Xorasan və s. ). Xürrəmilər qırmızı bayrağla mübarizə aparmışdılar və qırmızı sancaq Türk azadlıq hərəkatlarının simvolu olmuşdur.

Ədin ( Əzin ), Əsən, əzən – “ sağlam, gümrah “ sözlərindəndir . XII əsrdə Xaçın knyazı Əsən Calanın adı ilə eynidir.

Tarxan adının isə Türk mənşəli olmasına heç bir şübhə yoxdur. İrandilli xalqlar arasında belə bir ad olmamışdır. Ərəb tarixçiləri Bəzz qalasında döyüş zamanı şeypurların çalınmasını yazırlar. Bu çalğı da, qədimdən türklərə məxsus olmuşdur.

Cavidan adının mənşəyi:  Çav- “ şan- şöhrət “, dan ( tan, tən , ötən )- diləyən sözlərindən ibarətdir. Tanrıdan şöhrət diləyən mənasını verir.

Əbu İmran adının mənşəyi:  İm ( əm, em )- “ bacarıqlı “ , ran( rən, aran, ərən ) – igid sözlərindən ibarətdir. Emərən sözü tələffüzdə təhrifə uğrayaraq İmran formasına düşmüşdür. “ Kitabi Dədə Qorqud “da Bəkil oğlu Əman şəxs adı ilə eynidir.

2. Xürrəmi hərəkatı və onun ideyası.
Xürrəm sözünün Məzdəkin qızın Xorrəmənin adından yaranması fikri vardır. Ərəb və fars tarixçiləri xürrəmiləri məzdəkilərin davamçısı kimi qələmə verirlər. Məzdəkilər hərəkatı V və VI əsrləri əhatə edir. Avropa tarixçiləri məzdəkiləri Zərdüştlüyün bir qolu kimi yazırlar, lakin bu böyük bir səhvdir. Çünki Məzdək Zərdüştlüyü, bəni- İsrail qövmünü və Xristianlığı qəbul etmir və onları yalanlayırdı. Deməli Məzdəkilər bir dini hərəkat  və onun banisi-Məzdək bu dinin peyğəmbəri olmuşdur. Məzdəkin İstəxr yaxınlığında bəzi mənbələrdə isə Həmədan şəhərində doğulması yazılır. Həmədanın Azərbaycanın sərhədləri içərisində olması və hərəkatın Azərbaycanda yaranması və İran yatırıldıqdan sonra yenə türk bölgələrində Xürrəmilərin qiyafəsində baş qaldırması Məzdəkin Azərbaycanlı olması və bu hərəkatın İran zülmünə qarşı yönəlmiş bir Azərbaycan sosial azadlıq hərəkatı olması fikrini sübut edir. Xatırladaq ki, Babəkin atası da, Mədain, yəni Həmədan şəhərində doğulmuşdur. Məzdəkin ölümündən sonra hərəkat Orta Asyada və Xorasanda geniş vüsət alır və VIII əsrdə Müqənnanın rəhbərliyi ilə türklərin üsyanı baş verir. Azərbaycanad isə bu hərəkata Cavidan sonra isə Babək rəhbərlik etmişdir. Xürrəmilərin əsas ideyası sosial bərabərlik və xarici zülümdən xilas olmaq olmuşdur. Bu hərəkat insanların Tanrı tərəfindən bərabər yaranmasına inanır və insanlar tərəfindən pozulan bərabərliyin bərpa olmasını istəyirdilər.

3. Babəkdən əvvəlki döyüşlər.
Babəkdən əvvəlki döyüşlər daxili birliyin olmaması səbəbi ilə məğlubiyyətlərlə başa çatmışdır. Azərbaycan xürrəmilərinin ilk üsyanı 778-ci ildə olmuşdur və bu döyüşdə Cavidan məğlub olmuşdur. İkinci böyük üsyan isə 808-ci ildə baş vermişdir. Xürrəmilər hərəkatının ilk dövrlərdə məğlub olmasının səbəbi daxili çəkişmələr olmuşdur. Hərəkata liderlik etməklə bağlı Cavidan və Əbu İmran arasında gedən mübarizə yalnız 816-cı ildə hər ikisinin ölümü ilə sona çatmışdır. Babək hərəkata liderlik etdikdən sonra möhkəm nizam-intizam yaratdı.

4. Babəkin başçılıq etdiyi döyüşlər.

babəkin rəhbərlik etdiyi ilk döyüş 819-cu ildə başvermişdir. B xilafətin Xürrəmilərə qarşı gğndərdiyi ilk nizami ordu idi. 819-cu ildə baş verən döyüşlə bağlı Təbəri yazır: Yəhya ibn- Məazi babəklə döyüşdə məğlub olur. Bu fikri Əl İstəxri də, doğrulayır. 820-21-ci illərdə isə növbəti müharibə başlayır. Bu barədə Əl İstəxri yazır: Məmun Ərməniyyə və Azərbaycan hökmranlığını İsa ibn- Məhəmməd ibn- Əbi Xalidə verərək onu Babəklə müharibəyə göndərir. İlk əvvəl İsa ibn- Məhəmməd məğlub olsa da, 821-22-ci illərdə Babəki məğlub edir. 823-24-cü illər də isə müharibəyə Ərməniyyə və Azərbaycan hakimi Əli ibn- Sədəqə başçılıq etmişdir.Əli ibn- Sədəqə əslən Mosuldan olmuşdur. Onun Azərbaycanlı olması ilə bağlı da, fikirlər vardır. 824-25-ci illər müharibəsinə isə yeni Ərməniyyə və Azərbaycan hakimi Əhməd- ibn Cüneyd başçılıq etmişdir. Babək onu əsir tutmuşdur. 825-26-cı illər müharibəsinə isə Əhməd- ibn Cüneydi əvəz edən Ərməniyyə və Azərbaycan hakimi Məhəmməd ibn- Həmid rəhbərlik etmişdir. 827-828-ci illər müharibələrinə də, Məhəmməd ibn- Həmid rəhbərlik etmişdir . Nizam əl- Mülk “ Siaysətnamə “ əsərində yazır ki, Məhəmməd bin Həmidlə Babək arasında 6 dəfə şiddətli döyüş olmşdur və sonda Məhəmməd ibn- Həmid ölmüşdür. 829-cu ildə Həşdadsər döyüşündə Məhəmməd ibn – Həmid öldürüldü, Babək böyük bir zəfər qazandı. Nizam əl Mülk “ siyasətnamə “ əsərində yenə bu barədə yazır: Məhəmmədin ölüm xəbərini eşidən Məmun qorxuya düşür və Abdullah ibn- Tahiri Babəklə döyüşə göndərir. Babək müqavimət göstərə bilməyib Bəzz qalasına çəkilir. 830-cu ildə Babək Həmədan döyüşündə qalib gəlib Həmədanı tutur. 832-ci ildə Məmun Ruma yürüş edir. Nizam əl- Mülk yazır: Məmunun Rumda olmasını fürsət bilən Xürrəmilər Farsda, Azərbaycanda, isfahanda üsyan edirlər. Əli Məzdək İsfahanı tutmaqa cəhd etsə də, buna nail ola bilmir və dağlara qaçır. 833-cü ildə Babək II Həmədan döyüşündə Ərəblərə məğlub olur. Ərəb ordusunun daha əvvəl Xürrəmiləri məğlub edə bilməmə səbəblərindən biri də, türklərin dağlıq Azərbaycanda daha yaxşı döyüşməsi idi. Mötəsim hakimiyyətə gələn kimi Türkləri orduya gətiri və 835-ci ildə Afşini Babəklə döyüşə göndərir. Afşin özü ilə Mərkəzi Asyadan  gətirdiyi Türk döyüşçüləri ilə daha yaxşı mübarizə aparırdı.. 835-ci ildə Həşdadsərdə Babək Afşini məğlub edir. 837-ci ildə isə babək Bəzz döyüşündə , məğlub olur. Afşin Bəzz qalasını fəth edir.Babək Bəzz qalasını tacir paltarı geyinərək tərk edə bilər. 838-ci ildə Səhl ibn – Sumbat tərəfindən əsir alınan Babək Samirədə edam edilir.

5. Hərəkatın sonu və onun nəticələri.

837-ci ildə Bəzz qalasının alınması ilə demək olar ki, hərəkata son qoyulur. Lakin Arranda və Azərbaycanın digər bölgələrində də üsyanlar davam edirdi. Xürrəmilər hərəkatını Xilafət türkü türkün əli ilə vuraraq məğlub edir. Bu hərəkatın verdiyi inamla birlikdə Azərabycanda yeni müstəqil Türk dövlətləri yaranacaqdı. Hərəkatın əsas nəticələri: Dövlətçilik ənənənəsinin yenidən dirçəlməsi, Xilafətin zəifləməsi, Azərbaycanda xarici zülmün nisbətən zəifləməsi oldu.

6. Ərəbdilli qaynaqlarda Xürrəmilər.

Abbasi saray tarixçilərinin uydurmaları bu xalq azadlıq hərəkatının öyrənilməsinə əngəl törətmişdir. Ərəbdilli qaynaqlarda xürrəmilərdə “ ümumiqadın “  adətinin olması yazılmışdır. Lakin bu uydurmadan başqa heç nə deyildir. Əgər belə bir qanun olsaydı bu azadlıq hərəkatı 20 ildən artıq davam edə bilməzdi. “ ümümiqadın “ adəti Məzdəkilərə, hətta bir dönəm Qızılbaşlara da, aid edilmişdir. Xürrəmilər hərkatı ilə bağlı məlumat verən Əl İstəxri,Ət Təbəri daha dolğun məlumatlar vermişlər.

7. Qərb tarixşünaslığında Xürrəmilər

Qərb tarixşünaslığı və Rus tarixşünaslığı Abbasi xəlifələrinə sarayında yaşayan tarixçilərin fikirlərini əsas götürürlər və Xürrəmilərdə “ ümumiqadın “ məsələsini qabardırlar. X əsrə qədər ruslar aralarındakı ən gözəl qızı seçib abtaqlığa atıb Tanrılarına qurban verərkən Azərbaycanda Xürrəmilər kimi sosial azadlıq hərəkatı başvermişdir. X- XI əsrə qədər mədəniyyətdən bixəbər olan Avropalılar nədənsə tariximizin şanlı səhifəsinə ləkə salmaq üçün yarışırlar. Xürrəmiləri əxlaqsız göstərməyə çalışırlar, lakin heç bir əxlaqsız hərəkat 20 ildən çox mübarizə aparıb İtaliyanın cənubunu, İspaniyanı işğal edən ordunu məhv edə bilməzdi.

   Azadlıq sevər Azərbaycan xalqı Xürrəmilər hərəkatı ilə Xilafəti zəiflətdi və dövlətçilik ənənənəsini bərpa etdi. Əgər gerçəkləri tarix yazırsa, tarixi də Azərbaycan xalqı yazır. Azərbaycan xalqının hər dövrdə bir Babəki olmuşdur.

YAZAR: Nağı Nağıoğlu