Azərbaycan şifahi ədəbiyyatında multikulturalizm izləri.
Bu gün yaşadığımız müstəqil Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan xalqların üzun müddətdən bəridir ki, ortaq ünsiyyət dili Azərbaycan türkcəsi olmuşdur. Etnik azlıqların hər birinin öz məxsusi dili olmasına baxmayaraq ictimai yerlərdə münasibətlər məhz Azərbaycan dilində olmuş və bunun nəticəsidir ki, milli azlıqları birləşdirən müxtəlif birgə adət-ənənlərə formalaşmış, onların arasında mehriban münasibətlər qurulmuşdur.
Azərbaycan dilində olan şifahi xalq ədəbiyyatı nümunələrimizin formalaşmasına biz hər bir etnik azlığın da öz qatqısını verdiyini danmaq olmaz. Qafqazda yaşamaq ictimai, sosial, siyasi problemlərin eyniliyi, düşmənlərə qarşı birgə mübarizə, yadellilərdən və Qafqaz üçün spesifik olan təbiət hadisələrindən özünün qorumaq eyniliyi bu etnik birlikləri ortaya çıxan söz sənəti nümunələri bizlərə tanıdır.
Atalar sözlərində:
Dəvəçi ilə dostluq edənin darvazası gen gərək. (Ərəblərə münasibət)
Girdin bazara gördün hamı gözü cumuxdur, sən də ol gözü cumux. (Monqolların işğalı zamanı yaranıb, özünü müdafiə üçün)
Türk türkü vurar, arada ‘tat’ aparar.
Çox öyünmə, tat qızı, pendirindən tük çıxır.
Bayatılarda:
Apardı tatar məni,
Qul edib satar məni,
Yarım vəfalı olsa,
Axtarıb tapar məni
“Kitabi-Dədə Qorqud”
Oğuz dövlətinin başlıca amalı və məqsədi cəmiyyətdə insanlar və bütün xalqlar arasındakı münasibətlərdə birlik və həmrəylik yaratmaqdan, bəşər övladına dinclik, əmin-amanlıq verməkdən, insanların xoşbəxtliyə və səadətə qovuşdurmaqdan ibarət idi. Oguz tayfaları İç Oğuz və Dış oğuz olmaqla iki yerə ayrılmasına baxmayaraq, hər iki tayfanın insanlarının əminamanlıq içərisində yaşamasının təminatçısı olan hər iki tayfanın və ümumilikdə elin ağsaqqalı Dədə Qorqud var idi. Dədə Qorqud öz varlığı ilə bu iki tayfa arasında qarşılıqlı hörmətin təmsilçisi idi.
“Kitabi-Dədə Qorqud” dastanında qonşu xalqlarla münasibətlər ən sivil formada tənzimlənir. Dastanda Qan Turalı adlı igdirn yad ölkədən aldığı Selcan xatun adlı qızı öz elinə gətirməsi və Qan Turalının yad eldən gələn qıza olan xoş, mehriban münasibəti əks olunmuşdur. Bu detal özü də dastanda digər xalqların nümayəndələrinə olan tolerant və multikultural münasibətin göstəricisidir.
Digər dastan nümunələri
Biz multikultural bir mühiti «Koroğlu» dastanında da görürük. Dastanda Koroğlunun ətrafına toplanan dəlilər əsasən Qafqazda yaşayan müxtəlif xalqların nümayəndələridir. Onların arasında milli və dini baxımdan heç bir fikir ayrılığının olduğu heç bir zaman görünmür. Gürcüoğlu, Kürdoğlu, Eyvaz (əslən türkməndir) kimi onlarla cavanlar dastanda təsvir olunurki, bunlar həm adları, həmdə xarakterləri ilə müxtəlif xalqın nümayəndəsi olması müəyyənləşir.
“Əsli və Kərəm”dastanında isə Kərəmin erməni keşişin qızı Əsliyə aşiq olması və ona qovuşmaq üçün keçdiyi əzablı yol təsvir olunur.
Yazar: Sərvanə Qarabağlı