“Aya Sofyanın məscid kimi fəaliyyətə başlaması “Əqsa” məscidinin azadlığa qovuşmasının işarəti ola bilər”
Aya Sofyanın yenidən ibadətə açılmasının Türkiyə, islam və xristanlıq üçün bir çox müsbət tərəfləri var.
Axar.az xəbər verir ki, bu sözləri Dünya Müsəlman Alimləri Birliyinin sədri Əhməd ər-Raysuni deyib.
“Bəzi tərəflərin Aya Sofyanın yenidən ibadətə açılmasına görə narahat olmasının siyasi və ideoloji səbəbləri var. Onlar Türkiyənin güclənməsindən, regionda aparıcı gücə çevrilməsindən narahatdırlar”, – o bildirib.
Raysuni qeyd edib ki, Aya Sofyanın məscid kimi fəaliyyətə başlaması Əqsa məscidinin azadlığa qovuşmasının işarəti ola bilər.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Ələkbərova Nuray
Mənbə: Axar.az