AXC-də ermənilərin separatçılıq siyasəti və AXC-nin süqutu

1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi. Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.

1920-ci ilin yanvarında Antanta ölkələri tərəfindən Azərbaycanın istiqlaliyyətinin
tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın
daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini –
müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq
Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi
bir aktla razılaşmaq istəmirdi.1920-ci ilin yanvar – fevral aylarından Rusiya
Azərbaycanı işğal etmək planını hazırlayırdı. Qeyd etdiyimiz kimi AXC-nin
müstəqilliyini qəbul etməyən Rusiya bu dövlətin daxilində bölücülük siyasətini
həyata keçirmək üçün e*mənilərdən geniş istifadə edirdi.

Mərkəz (Moskva) – Stalin və Mikoyan, Kirov vəOrconikidzenin vasitəsilə planlar
hazırlayırdı. Bu planda əsas yeri Azərbaycanı Türkiyədən uzaqlaşdırmaq,
azərbaycanlı bolşevikləri öz tərəfinə çəkmək, milli şüuru tam yetişməyən
kütlələri ələ almaq хüsusi yer tuturdu. Bunun üçün onlar dəridən qabıqdan çıxır,
«Müsavat» ın simasında düşmən obrazı yaratmağa çalışırdılar.
Yeni yaradılmış Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən qorxuya
düşən Orconikidze 1918-ci il oktyabrın 12- də V.Ġ.Leninə göndərdiyi teleqramda yazırdı: «Azərbaycan Respublikasının hökuməti başda Xan Xoyski olmaqla yalnız mülkədаrlardan ibarətdir. Türkiyə
sultanının bütün ən pis qaydalarını bərpa etməli olan Türkiyə rejimi tatarların
hökumətə və türкlərə qarşı üsyanına səbəb olmuşdur”.

Teleqramdakı eyhamlar аydın idi. Türk hərbi hissələrinin Azərbaycan xalqının
köməyinə gəlməsi, daşnaq hissələrinin ərazimizdən qovulması mərkəzi və onun
Azərbaycandakı emissarlarını narahat etməyə bilməzdi. Yeni hökumətin
Moskvadakı üzvləri, o cümlədən mətbuat orqanları təxribat xarakterli yazılar dərc
edir, türkləri əhalinin gözündən salmağa cəhd göstərirdilər. Stalinin nəzarəti altında çıxan «Жизни
национальностей» qəzeti bu sahədə daha fəal idi. Stalin özü də
Qafqazın işğalına rəvac verirdi. O, 1918-ci il 31 avqust tarixli məktubunda yazırdı:
«Cənub və Xəzər uğrunda mübarizə gedir.

Bakı, Türküstan, şimali Qafqaz bizim olacaq” Müsavat hökumətinin düşmənləri 1918-ci ilin dekabrında fəhlə konfransının qərarı ilə bir qrup fəhləni ümumi siyasi tətilə qaldırмаğа müvəffəq oldular Qazax, Gəncə və Lənkəranda bir qrup kəndli «Müsavat”» a qarşı çıхdı. Bu hadisədən ilhamlanan Mikoyan Kirov vasitəsi ilə mərkəzə xəbər çatdırıldı.

Azərbaycanın istiqlalını görmək istəməyənlərin önündə Mikoyan gedirdi. O, N.
Nərimanova qarşı nəzakətli davranaraq özünü üzdə dost kimi göstərir, həqiqətdə
isə çirkin niyyətini həyata keçirmək üçün fürsət gözləyirdi. Мikoyan və Kirov 1918-ci ilin dekabrında
Bakıda yaradılmış mərkəzi fəhlə konfransının işinin fəallaşdırılmasına hər vasitə
ilə yardım göstərirdilər. Mikoyan hiyləgərliklə həmin konfransı «bir növ deputatlar
soveti» adlandırırdı.

1919-cu ilin mayın əvvəlində Mikoyanın rəhbərliyi ilə keçirilən Ümumbakı
partiya konfransı «Müstəqil Sovet Azərbaycanı» şüarını Azərbaycan kommunist
təşkilatlarının nюvbəti vəzifəsi kimi qəbul etdi. 1919-cu il mayın 22-də Mikoyan
RK (b) P MK-ya və Leninə yazırdı: “Bakı təşkilatı ölkə komitəsi ilə birlikdə
Azərbaycanda hakimiyyətin ələ alınmasını partiyanın növbəti vəzifəsi kimi qarşıya qoyur. Bunun üçün geniş siyasi və hərbi hazırlıq görürük. Artıq Azərbaycanın müxtəlif guşələrində dayaq bazalarımız vardır. Burada bizim yoldaşlar çalışır və rəhbərlik edirlər””. Azərbaycan Cümhuriyyətinin düşmənləri olan Mikoyan-Kirov-Orconikidze üçlüyü
bir an da olsa, fitnəkar hərəkətlərini dayandırmırdılar.

Məsələn, Kirov 1919-cu il iyulun əvvəllərindəRK (b) P MK-ya
göndərdiyi məktubunda yazırdı: «Məlumat üçün bildirirəm ki, mən bu müddətdə,
yəni Bakı ilə əlaqə yaradılandan bəri oraya bərabər hissələrlə 4 milyon manat pul
göndərmişəm. Amma qorxuram ki, bu pulun iki həftə bundan əvvəl göndərilən
axırıncı milyon manatı muğanlıların əlinə keçsin. Çünki burada dünən məlum oldu
ki, Muğanda çevriliş əmələ gəlmişdir”». 4 milyon manatın qanuni hökuməti yıxmaq
üçün sərf ediləcəyi məlumdur. Təəcüblüsü odur ki, Kirov yoldaş” «bu dəfə əzabkeş
erməniləri yaddan çıxarmışdı», оnlara vəsait göndərilməmişdir.

Bununla iş bitmirdi. Mərkəz Azərbaycana silah göndərir, silahlar qiyamçı əhvalruhiyyəli adamlara paylanırdı. Türküstan cəbhəsindən Bakıya gizli olaraq 8 min nəfər üçün silah və hərbi sursat,
Həştərxandan isə 1.600 tüfəng, 17 pulеmyot göndərilmişdi. Artıq 1920-ci ilin
yanvarında Kirov MK-ya bildirirdi ki, «Bakılı yol daşlar» güclü surətdə silahlanmaqla
məşğuldurlar və işin müvəffəqiyyətlə qurtaracağına ümid bəsləyərək çıxışa
hazırlaşırlar».

Işğalı asanlaşdırmaq məqsədi ilə ermənilərin Qarabağa hücumu təşkil
edildi.Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən
Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər
nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin
ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını
geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti
general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa
göndərməyəməcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı
yatırıldı.

Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini
ora yönəltmək istəyirdi. Belə də oldu.Qarabağda baş verən hadisələr Azərbaycan
ora yönəltmək istəyirdi. Belə də oldu.Qarabağda baş verən hadisələr Azərbaycan
parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin
zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə
arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan
hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana
giriş yolunu açmış oldu.

1920-ci ilin martında Qızıl Ordu hissələri Dərbəndə toplaşaraq üsyana
hazırlaşanda Lenin Orconiкidzeyə göndərdiyi 17
mart tarixli teleqramda тələb еdilirdi ki, «Bakını almaq bizə olduqca və olduqca
zəruridir. Bütün səylərinizi buna verin. Qüvvələr yeridilməsi haqqında baş komandanlıqla razılaşın. Ümumiyyətlə, Kirov, Мikoyan və Orconikidze Azərbaycanın müstəqilliyinə qarşı
çıxaraq Аzərbaycan Respublikasınin paytaxtını Gəncəyə köçürmək, Bakını
Ümumrusiya RSFSR-yə tabe etməkbtəklifini irəli sürürdü. Bakı lartiya təşkilatinin
bir qrup rəhbər işçisi – Sarkis, Danilyan, Mikoyan, Mirzoyan, M.Kaxiani, V.Yeqorev
və başqaları N.Nərimanova qarşı çıxıdılar.

Qeyd edildiyi kimi, RSFSR Azərbaycan Demokratik Respublikasını tanımaqdan
imtina etmişdi və Dərbənd rayonunda Qızıl Ordu hissələrini cəmləşdirməyə
başlamışdı. Bununla əlaqədar Fətəli хan Хоyski aprelin 15-də Çiçerinə göndərdiyi
sonuncu notası ilə bu rayonda Ordu hissələrinin cəmləşməsinin səbəbini
öyrənmək istəsə də, nota cavabsız qalmışdı.

Y.Kvantalioninin başçıliği ilə AK (b) P nümayəndələri aprel ayında Petrovsk
şəhərinə gedərək gələcək silahlı üsyanla XI Ordunun hərəkətini uyğunlaşdırmaq barədə Orconikidze ilə danışmış, silahlı üsyanın başlanmasından 24 saat sonra XI Ordunun Azərbaycan sərhəddini keчməsi qərarlaşdırılmışdı.
Aprel ayının 26-dan 27-ə keçən gecə başda «III Internasional”» olmaqla zirehli
qatarlar qrupu Samur çayını keçib, cənuba doğru irəliləməyə başladı. Sərhəd
qüvvələrindən ibarət Azərbaycan ordusu müqavimət göstərə bilmədi.

Hərbi nazirin müavini, general Şıxlınski isə dəmir yolunun partladılması əmrini ləğv
etdi. Saat 12-də Azərbaycan K(b) P MK, RK (b) P Qafqaz diyar komitəsinin
Bakı bürosu və fəhlə konfransı adından Azərbaycan parlamentinə hakimiyyətin
təhvili haqqında ultimatum verildi. М.Ə Rəsulzadə və Ş. Rüstəmbəyovun kəskin
etirazına baxmayaraq parlamentin əksəriyyəti hakimiyyəti bolşeviklərə Bu tarixi
iclasda iştirak etmiş M. Ə. Rəsulzadənin yazdığına görə hakimiyyəti bolşeviklərə
verilməsini qərara aldılar. Hakimiyyəti ələ alan bolşeviklər aşağıdakı şərtlərə əməl
edəcəklərini bildirmişdilər:

1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə birbaşa Türkiyənin köməyinə
gedəcək
2. Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və anneksiyadan
(məhrumiyyətdən, ilhaqdan, köləlikdən)qorunacaq;
3. Azərbaycan ordusu olduğu kimi qalıb buraxılmayacaq;
4. Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək;
4. Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək;
5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç bir kəs
siyasi cinayətdə ittiham edilməyəcək;
6. Azad şəraitdə toplanacaq Azərbaycan şuraları hökumətin idarə şəklini təyin
edəcək; 1920-ci il aprel ayının 27-də axşam saat 11-də Azərbaycan
parlamenti hakimiyyətin təhvil verilməsi haqqında qərar qəbul etdi.

Beləliklə, 23 ay davam edən AXC hökumətinin fəaliyyəti dayandıldı.Bolşeviklər sürətlə ölkəyə
daxil oldular. Аzərbaycan zirehli qatarları geri cəkilməyə başladılar.
AXC-nin elan edilməsi, onun iki illik hakimiyyəti dövrü bir sıra səciyyəvi cəhətlərinə
görə milli tariximiz üçün əhəmiyyətlidir.

Birincisi, AXC-ni yaradan şəxslər Azərbaycan millətinin şərəfini xilas etdilər.

Yuxarıda qeyd оlunduğu kimi, mövcud şəraitin tələbinə görə milli liderlərimiz ya müstəqilliyi elan edib milli dövlət
yaratmalı, ya da kiminsə müstəmləkəsinə çevrilməli idilər. İkinci halda Azərbaycan torpaqları bölüşdürüləcək Azərbaycan adlı məmləkət xəritədən silinəcəkdi. İkincisi, milli dövlət kimi yaradılmış AXC qısa vaxtda dövlət rəmzlərini, parlamentini, ordusunu və pul vahidini yaratdı.

Üçüncüsü, AXC yeni yaranmış milli respublikalar içərisində ən demokratik
respublika idi. Azərbaycan respublikasında bütü xalqlar və bütün siyasi partiyalar
parlamentdə təmsil olunmuşdu.

Dördüncü, Azərbaycan cəmiyyəti ənənəvi tarixi milli ərazilərimizə sahib durdu.
Onun mцbahisəsiz ərazisi 97. 297. 67kv. km., mübahisəli əraziləri ilə birlikdə 113.
895, 97 kv. km idi.

Beşinci, ən çətin dövrdə yaranmasına və mövcud olmasına baxmayaraq
Аzərbaycan Cümhuriyyəti varlığı dövründə milli sərvətlərə sahib durdu.

Altıncısı, Azərbaycan Cumhuriyyətinin elan edilməsi ilə AXC beynəlxalq hüququn subyektinə çevrildi.

Yazar: Aytac Əhmədova 

Həmçinin bax: İnsan orqanizmində kimya

Həmçinin bax: turaz.org/ordumuz-bu-istiqametde-bu-gun-de-ireliledi-video/