Avstriya imperiyası Vyana konqresindən sonra
Napoleonun Müqəddəs Yelenadan qaçıb gəldiyi və iştirak etdiyi Vaterlo Döyüşü, Filippi döyüşünün Roma azadlıqları üçün təhlükəli olduğu qədər Avropanın azadlıqları üçün də təhlükəli olacaqdı. Napoleon tam olaraq azadlıq məsələsində bir səlahiyyət sahibi deyildi, amma maariflənmiş despotizmilə cahil despotizm arasında fərqi bilirdi.
1815-ci ildə Avropa qitənin lider dövləti olan Avstriya tərəfindən yenidən quruldu. Avstriya Fransa kimi tək millətli yox, bir çox irqdən ibarət imperiya idi. Qərbdə Avstriya knyazlıqları, əsasən Almaniya, Hapsburq imperiyasının qədim sakinləri məskunlaşmışdılar. Şimalda, Bohemiya, 1526-cı ildə Hapsburqların əldə etdiyi qədim bir krallıq; şərqdə, Macarıstan Krallığı, orta Dunayın düzənliyindən ibarət idi. Burada almanlar məskunlaşmışdılar. Cənubda, Alpların kənarında, Lombardiya Krallığı – Venesiya, tamamilə İtalyanlardan ibarət idi. Bu Avstriya İmperiyasındakı iki aparıcı irq, Almanları meydana gətirirdi, 9-cu əsrdən bəri Tuna vadisində düşərgə quran və hakim xalqı meydana gətirən əslən bir Asiya xalqı olan magyarlar (modyorz) idi. Həm Slavyan irqinin həm Avstriyada, həm də Macarıstanda bir çox qolu var idi. Macarıstanın şərqində hələ fərqli bir xalq olan rumınlar da var idi.
Köhnə rejimin ölkəsi olan Avstriya:
İyirmi doqquz milyon insana hakim olmaq çətin bir işidi. Bu, I Fransis (1792-1835) və Metternixin ilk problemi idi. Onların siyasəti bütün tələblərə müqavimət göstərmək idi. İslahatlar və işləri olduğu kimi saxlamaq, dünyanı ayaqda saxlamaq kimi idi. İnsanlar hər biri fərqli amillər üzərində dayanan kəskin şəkildə siniflərə bölünmüşdü. Bunlardan zadəganlar çox imtiyazlı bir vəzifə tuturdular. Məcburi hərbi xidmətdən azad olmalarından istifadə edir və əyalətdəki ən yaxşı idarələrin inhisarı olan vergidən böyük güzəştlər əldə edirdilər. Torpaqların böyük bir hissəsinə sahib idilər və bir çox hallarda böyük gəlirlər əldə edirdilər. Digər tərəfdən, xalq kütləsinin əsasını təşkil edən kəndlilərin vəziyyəti acınacaqlı idi. 1815-ci ildəki Avstriyanın vəziyyəti hökumətdəki mütləqiyyət, cəmiyyətdəki feodalizm, üstünlük verilən azlar üçün xüsusi imtiyazlar və kütlə üçün zülm və səfalət idi.
Polis sistemi:
Hökümət I Fransis 1835-ci ilə qədər və varisi I Ferdinand (1835-1848) dövründə otuz üç il ərzində status-kvonu qorumağa müvəffəq oldu. Bu dövrdə Metternix Baş nazir idi. Bu dövrdə imperiya idarəçilik sistemi ‘İnsan təbiəti ilə müharibə, müasir ruhla müharibə’ sistemi, qarışıq bir polisə, işlənmiş bir casusluq sisteminə və fikirlərin ayıq bir senzurasına söykənirdi. Senzura teatrlara, qəzetlərə və kitablara tətbiq edildi.
Casuslar hər yerdə, dövlət idarələrində, əyləncə yerlərində və təhsil müəssisələrində idilər. Təhsildə, siyasət elmində
və tarixdə praktik olaraq ciddi işlər ortadan qaldırılırdı. Xüsusilə hökumət universitetlərdən yeni fikirlər- ideologiyalar yaydığına görə qorxurdu. Casuslar hətta mühazirələrdə iştirak edirdilər. Müəllimlər və tələbələr alçaldıcı qaydalara tabe idilər. Hökumət hər bir professorun universitet kitabxanasından çıxardığı kitabların tam siyahısına sahib olmaqda israr edirdi. Tələbələrin xaricdə təhsil alması və cəmiyyətlər qurması qadağan edilmişdi.
Avstriyalıların xarici ölkələrə icazəsiz səyahət etməsi qadağan edilmişdi, bu nadir hallarda hökümət tərəfindən verilən xüsusi icazələrlə mümkün idi. Avstriya, Avropanın liberal düşüncəsini mümkün qədər möhürləndi. Buna bənzər bir sistem hər an və hər nöqtədə diqqətli bir gücləndirməyə ehtiyac duyurdu. Avstriya sistemi üçün ən yaxşı müdafiə, digər ölkələrə yayılması idi. Metternix bunu öz ölkəsində bir şəkildə quraraq ətrafdakı ölkələr də, xüsusəndə Almaniyada və İtaliyada tətbiq etmək üçün böyük bacarıq və müvəqqəti müvəffəqiyyətlə çalışdı.
QAYNAQ: Venkateshwara Open University- History of Europe ( 1453-18815 )
TƏRCÜMƏÇİ: Sara Ağayeva
HƏMÇİNİN BAX: Şor türkləri
HƏMÇİNİN BAX: tehsilim.org/ruminiyada-teqaud-proqrami-2/