Avropa qitəsi

Avropanın fiziki xəritəsi:
Təxminən 50 ölkə Avropanı təşkil edir, buraya dünyanın ən kiçik ölkəsi və dünyanın ən böyük ölkəsinin əraziləri daxildir. Ən böyük Rusiya Asiyanın şərqinə və Romadakı 17 kvadrat mil olan ən kiçik Vatikan şəhərinə qədər uzanır. Orada 840-dan az insan yaşamasına baxmayaraq, onların şəxsi valyutası, poçtu və təhlükəsizliyi var. Miçelangelo tərəfindən 1500-cü illərin əvvəllərində çəkilən Sistine Çapel tavanı ziyarətçiləri cəlb edir. Papa və ya katolik kilsəsinin başçısı bu kiçik ölkədə yaşayır. Avropa ən ikinci kiçik qitədir, o sadəcə Avstraliyadan böyükdür. Baxmayaraq ki, 722 milyondan çox əhalisi ilə dünyada üçüncüdür. Avropa bir çox yarımadadan təşkil olunub. Ural dağları, Xəzər dənizi və Qara dəniz təbii şəkildə Avropanı Asiyadan ayırır.

Vezuvi vulkanı:
Vezuvi vulkanının püskürməsi ilk dəfə 79-cu ildə oldu, Pompey və Herculaneum şəhərlərini yandırıb, dağıtdı. Avropa materikində son yüz ildə püskürən yeganə vulkandır. Yaxınlığında 3 milyon insan yaşayır, o həmçinin dünyanın ən təhlükəli vulkanıdır.

Bölgənin tarixi:
Tarixdən əvvəlki Avropaya ilk köçkünlər paleolit dövründə, təxminən e.ə 45 000-ci və e.ə 25 000-ci illərdə gəliblər. Bunlar böyük ehtimalla heyvaları ovlamaq üçün izləyən kiçik qruplar idi. Bu erkən avropalılar yerləşdikləri və mühitə uyğunlaşdıqları üçün mürəkkəb cəmiyyəti inkişaf etdirməyə başladılar. İnsanların biryerdə yerləşməsinə imkan verən kənd təsərrüfatı e.ə 7000-ci illərdə inkişaf etmişdir. Növbəti 4000 il ərzində Aralıq dənizi ətrafından gəlmiş qruplardan texnoloji inkişaf ortaya çıxdı. Bu fikirlər tədricən şimala doğru yayıldı və bu dövrün ən məşhur sivilizasiyaları tərəfindən mənimsənildi, Minalılar və Mikenlər kimi. Bu qruplar Tunc dövründə, tunc alətlərinin və silahlarının hazırlandığı və ilk istifadə olunduğu dövrdə inkişaf etmişdir.

Yunanlar:
Mina və Mikena mədəniyyətləri sona çatdıqdan sonra, eramızdan əvvəl 7-ci əsrdə Yunan sivilizasiyası başladı və daha sonra 5-ci və 4-cü əsrlərdə inkişaf etdi. Eramızdan əvvəl Klassik Yunanıstan olaraq bilinən bir dövr, fars istilasının məğlubiyyəti ilə başladı. Daha sonra Makedoniyalı İskəndərin fəthləri ilə yunan sivilizasiyası Aralıq dənizindən Orta Asiyaya yayıldı. Klassik yunan mədəniyyətinin bir çox cəhəti, o cümlədən din, memarlıq, fəlsəfə Roma imperatorluğu üzərində böyük təsirə malik oldu. Roma daha sonra yunanların fikrini Avropaya və Aralıq dənizi ərazilərinə yaymağa davam etdi. Bu səbəbdən də yunanlar bütün qərb mədəniyyətinin əsasını təşkil edən mədəniyyət kimi qəbul edilir.

Yunan mədəniyyətinin inkişaf etmiş digər cəhətlərindən daha çox “Demokratiya” ideyası geniş yayılıb. Demokratiyanın mənası “insanlar tərəfindən idarə edilmək” deməkdir. Yunanlar üç fərqli qoldan ibarət hökumət sistemini inkişaf etdirdilər ( Birləşmiş Krallıqda bu gün olduğu kimi): qanunları yazan idarəetmə orqanı, Afinanın on əsas qəbiləsindən olan nümayəndələr məclisi, vətəndaşların təsadüfi seçilmiş münsiflər qrupu qarşısında öz iddilarını mübahisə etdiyi məhkəmə. “Demokratiyada” yunan tarixçisi Heredot yazırdı “İlk, ən gözəl fəzilətlər, qanun qarşısında bərabərlik var”. Baxmayaraq yunan demokratiyası bir neçə il davam etdi, bu inkişaf bütün dünyaya yayıldı və dünyanın simasını bu gün bildiyimz kimi dəyişdirdi.

Romalılar:
Eramızdan əvvəl VIII əsrdən başlayaraq qədim Roma, İtaliyanın mərkəzindəki kiçik bir qəsəbədən, bir nöqtədə Avropanın əksər hissəsini, Orta Şərqin bəzi hissələrini, Şimali Afrikanı və Aralıq dənizindəki müxtəlif adaları əhatə edən bir imperatorluğa çevrildi. Yunanlılar kimi Romalılar da bu gün hələ də görə biləcəyimiz bir irs qoydular. Latın, Roma, Rumıniya dillərinin (İtalyan, Fransız, İspan, Portuqal və Rumın) əsasını təşkil edir. Çağdaş Qərb əlifbası və təqvimi Romalılar tərəfindən istifadə edilənlərə əsaslanır. Romalıların mifologiyaya əsaslanan bir dindən yeni xristian dinini qəbul etmələrinə keçməsi, insanların 450 il ərzində hökumətdə məmurlar tərəfindən təmsil olunduğu respublikaya kömək etmişdi.

Eramızdan əvvəl I əsrdə General Yuli Sezarın hakimiyyətə gəlməsindən sonra respublika sona çatmışdı. Sezarın ölümündən sonra Oktavian Avqust Romanın ilk imperatoru olmuşdu. Onun hökmranlığı sülh və firavanlıq çağını başlatmışdı. Eramızın 300-cü ilinə qədər Roma İmperiyası o qədər böyümüşdü ki, imperiya iki hissəyə ayrılmışdı. “Qədim Roma” Qərbi Roma İmperiyasının bir hissəsi olacaqdı. Bizans İmperatorluğu olaraq da bilinən Şərqi Roma İmperatorluğu uzaq şərqdə, Avropanın şimalındakı Alman xalqları və Hun türkləri gücləndi və təkrarlanan hücumlar Qərbi Roma İmperatorluğunun dağılmasına səbəb oldu.

Yaxın Tarix:
Yeni Dünyadan qaynaqların axını ilə texnoloji dəyişikliklər sürətlə baş verdi. Buxar mühərrikli lokomotivlərdən təyyarəyə qədər bəşəriyyət sürətlə irəliləyirdi. Bu, 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayanda görüldü. Yeni müasir orduları ilə yenilməz hiss olunan xalqlarla, Avropanın gücü tərəflərini tutdu. İngiltərə, Fransa və Rusiyanın (və 1917-ci ildə ABŞ tərəfindən) rəhbərlik etdiyi Müttəfiqlər Alman İmperiyası və Avstriya – Macarıstanın rəhbərlik etdiyi Mərkəzi Gücləri məğlub etdilər. 1918-ci ildə Almaniya nəhayət təslim oldu, müharibədə iştirak edən böyük millətlər Paris Sülh Konfransında bir araya gəldi. Böyük Dördlər (İngiltərə, Fransa, Amerika Birləşmiş Ştatları və İtaliya) Versal Sülh Müqaviləsində (Antlaşmasında) sərt şərtlərini qoydular. Almaniya xaricdəki ərazilərinin çoxundan imtina etmək məcburiyyətində qaldı, böyük təzminatlar verildi.

TƏRCÜMƏÇİLƏR: Zəhra Dadaşzadə və Aysu Əlizadə
HƏMÇİNİN BAX: Torpaqəmələgəlmənin əsas amilləri
HƏMÇİNİN BAX: tehsilim.org/aydinlan-ve-aydinlat-suari-ile-muqeddes-yola-cixan-qafqaz-maarif-birliyinin-yaradilmasindan-artiq-1-il-otur/