Avropa Hun Xaqanlığı Atillanın hakimiyyəti illərində

PLAN:
1. Atilla
2. Atillanın Qaliyanı fəth etməsi
3. Katalaun döyüşü 451
4. Atillanın İtaliyanı fəth etməsi 452
5. Atillanın ölümüm 453

1. Atilla:

Hunlar Avropada ilk dəfə meydana çıxdıqdan sonra yarım əsrdən çox müddətdə Roma üçün təhlükəli olmamışdılar. Bu müddət ərzində Dunay bölgəsinə köçərək indiki Avstriya və Macarıstanda yerləşdilər. Nəhayət Hunlar Atillanın simasında “bütün millətlərin qorxduğu və itaət etdiyi bir lider” tapdılar, atının dırnaqları üzərində getdiyi yerdə otların bir daha böyüməyəcəyini deyən bir milli lider… O, tezliklə Xəzər dənizindən Reynə qədər bir çox  xalqın itaət etdiyi böyük bir ordu yaratdı.

 

2. Atillanın Qaliyanı fəth etməsi:

Paytaxtı Dunayda olan Atilla həm Şərqi, həm də Qərbi təhdid edə bilərdi. Konstantinopoldakı imperator ona
dəyərli hədiyyələr göndərmiş, xərac verməyi öhdəsinə götürmüşdü. Buna görə də Atilla düşmənlərini ovlamaq
üçün qərb vilayətlərinə qayıtmışdı. 451-ci ildə Reynin o tayında yarım milyon əsgərlə Atilla Qaliyaya hücum etmişdi. Roma tabeliyində olan bir çox əraziyə də onlar hücum etmiş və fəth etmişdilər. Paris əhəmiyyətli məhvdən xilas olmuşdu. İndi məşhur olan bu şəhər o zaman Seinedəki bir adada kiçik bir kənd idi.

 

3. Katalaun döyüşü 451

Hun təhlükəsi anında romalılar və almanlar mübarizəni dayandırdılar və ümumi düşmənə qarşı birləşdilər. Yerli hökmdarlarının başçılığı altında vestqotlar İspaniyadan sürətlə irəlilədilər. Burqundiyalılar və franklar da onların sıralarına qatıldı. Bu qüvvələrə Aetius adlı bir Alman generalı rəhbərlik edirdi. O, daha sonra ordusuna Qərbdəki
son Roma ordusunu da əlavə etdi. Onlara qarşı Atilla Hunları, fəth edilmiş ostroqotlar və bir çox digər xalqları ordusuna topladı. Katalaun döyüşü xalqların döyüşü də adlanır. Bu, indiyə qədər qeydə alınan ən şiddətli qarşıdurmalardan biri idi. Hər iki tərəfdən də minlərlə insan öldü. Müharibə ertəsi gün davam etmədi. Hər iki ordu da əvvəlki mövqelərinə çəkildilər.

 

4. Atillanın İtaliyanı fəth etməsi 452
Bu gərilimə baxmayaraq Atilla fəth ümidini itirmədi. Növbəti il, hələ də möhtəşəm ordusunu  Alp dağı üzərindən
hərəkət etdirərək İtaliyaya daxil olur və İtaliyanın şimalındakı bir çox şəhərini fəth edir. Roma ordusunun generalları qaçaraq Adriatikdəki adalara sığındı. Atilla Romaya qədər irəlilədi və Roma papasını önündə diz çökdürdü.

 

5. Atillanın ölümü 453
Möhtəşəm Hun İtaliya ekspedisiyasından sonra vəfat etdi. Qaynaqlarda onun bir il sonra sərxoş ikən və yuxuda qəfildən öldüyü qeyd edilir. Yaratdığı böyük konfederasiya ölümündən sonra dağıldı. Alman əraziləri azad
edildi  və hunlar özləri ya Asiyadakı bölgələrinə çəkildilər ya da fəth etdikləri xalqlarla qarışdılar.

TƏRCÜMƏÇİ: Aysu Əlizadə

HƏMÇİNİN BAX: Cənubi Qafqaz (Gürcüstan) Sasani ağalığı dövründə

HƏMÇİNİN BAX: tehsilim.org/the-secret-business-academy-sizleri-qebul-proqramini-tam-ehate-edecek-magistratura-uzre-tekrar-qruplara-devet-edir/