“Avqustun 5-dən sonra bu mağazalar açıla bilər”

Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb olmayıb:

“Çünki paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir. Amma istənilən halda bu mağazalarda maskadan istifadə və gigiyena qaydalarına riayət olunması təmin edilməlidir”.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Zöhrə Məmmədova

Mənbə: baku.ws