Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq
Avqustun 5-dən etibarən müvafiq qrafik əsasında imtahanlar təşkil olunacaq
Avqustun 5-dən etibarən bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimində edilən yumşaldılmalardan sonra Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar, müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış və qəbul imtahanları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, imtahanlar müvafiq qrafıq əsasında təşkil olunacaq. Eyni zamanda, xüsusi karantin rejimi günlərində imtahan, müsabiqə, müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu davam edəcək.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova