Autizm. Autizmin yaranma səbəbləri
Autizm. Autizmin yaranma səbəbləri
Autizm pozğunluqlarının tanınıb adlandırılmasından çox-çox əvvəl bu xəstəliklərin hər növünə tutulmuş uşaq və yetkinlərin olması həqiqətə uyğun görünür. Güman ki, onlar uşaqların “körpəlikdə pərilər tərəfindən gizlicə
dəyişdirilməsi” haqqında qədim rəvayətlərin səbəbi olmuşdur; bu rəvayətlərə görə, pərilər bəni-insan körpəsini oğurlayıb yerinə beşiyə pəri körpəsi qoyurdular.
Rəvayətin bəzi versiyalarında körpə vaxtı gizlicə dəyişdirilən uşaq inanılmaz dərəcədə gözəl, lakin qəribə və insan irqindən fərqli olurdu. Autizm spektri pozğunluqları şiddətli əlillikdən tutmuş orta səviyyədən qat-qat yüksək çatışmazlıqlara qədər hər hansı ümumi zəka səviyyəsi ilə birlikdə meydana çıxa bilər.
Onlar istənilən başqa fiziki və ya psixiatrik əlillik və ya inkişaf pozğunluğu ilə birlikdə baş verə bilər. Epileptik tutmalar xüsusilə geniş yayılmışdır. Davranış tərzində dəyişikliklərin artması ilə meydana çıxa bilər. Davranış mühitdən asılı olaraq müxtəlif cür ola bilər.
Çox vaxt evdə,valideynlərin onların diqqətini cəlb etmək üçün bəhsəbəhs tələblər irəli sürdüyü mühitdə davranış nizam-intizamlı məktəbdə və ya klinikada olduğundan daha pis olur.
Körpələrin davranışı
Diaqnoz nadir hallarda ən tez iki yaşdan çox-çox əvvəl təyin edildiyindən, körpəlik davranışlarının təfərrüatları daha yaşlı uşaqların valideynlərinin xatirələrindən toplanmışdır. Sonralar autizm davranışları nümayiş etdirən bəzi körpələr müəyyən müddət ərzində normal inkişaf edirlər və onların valideynləri birinci il və ya təxminən o vaxtlar heç bir qeyri-adi davranış sezmirlər. Lakin, bunlardan bir çoxu, bəlkə də əksəriyyəti ilə əlaqədar diqqətli və sistematik sorğu-sual hətta birinci ildə belə davranışda qeyri-adi aspektlərin mövcud olduğunu göstərir.
Digər körpələr demək olar ki, doğuşdan öz valideynlərinə narahatlıq üçün səbəblər verirlər. Bəzən analar ilk bir neçə gündə nəyinsə düzgün olmadığını hiss etdiklərini söyləyirlər, lakin adətən nədən bu cür hisslər keçirdiklərini
söyləyə bilmirlər. Qidalanma problemləri çox səciyyəvi bir haldır və körpələrin bəziləri yaxşı əmə bilmirlər.
Autizm pozğunluqları olan uşaqlarda yalançı oyun və təxəyyül fəaliyyətləri başqa uşaqlarda olduğu kimi inkişaf etmir. Bir çoxları heç zaman yalançı oyunlar oynamırlar. Onlar oyuncaqlardan və digər əşyalardan yalnız fiziki hissiyyatlar üçün istifadə edirlər. Bəziləri miniatür oyuncaqlar da daxil olmaqla əşyalardan istifadə etmək mərhələsinə özlərinin aydın məqsədləri, məsələn, oyuncaq süpürgə ilə süpürmək və ya relslər üzərində qatar sürmək üçün çatırlar.
Bir çoxları bu növdən olan çox mürəkkəb oyun silsilələrini icra edə bilərlər, lakin təxəyyülün məhsulu olan ssenarilər ifa etmirlər. Çoxlarının televiziya və videolardan xoşu gəlir, lakin bu video və televiziya şoularının ən sevimli növləri Tank Mühərriki Tomas kimi cizgi filmləri, çoxlu alqışın yer aldığı televiktorinalar, mexaniki səslər və sayrışan
işıqlar, elmi fantastika filmləri və çoxlu hərəkətin olduğu filmlərdir.
Bəzilərinin tanış obrazlara görə operalardan xoşu gəlir. Onlar üçün hekayələr oxunmasını və ya audio-lentə yazılmış hekayələri dinləməyi sevən uşaqlar eyni hekayələri təkrar-təkrar dinləmək istəyirlər. Onlar hər hansı bir söz buraxılarsa dərhal bundan agah olurlar. Onlar hekayənin bütöv hissələrini sözbəsöz təkrarlamağa qadir ola bilsələr də, hekayəni təxəyyül qabiliyyətləri hesabına anlamırlar. Münasib sosial davranışın bəzi aspektləri mexaniki tərzdə istifadə edilsə belə, öyrədilə bilər.
Göz əlaqəsi yaş artdıqca təkmilləşməyə meylli olur, lakin onu dəstəkləmək də mümkündür. Bu, uşağa pis təsir göstərmirsə, onunla danışarkən vizual diqqətini cəlb etmək üçün başından yumşaqca yapışmaq olar.
Yetkin sir-sifətini əcaib formalara salarsa, və ya sevimli mahnısını ifa edərsə, bəzi uşaqlar göz əlaqəsi quracaqlar. Kiçik bir qızın xoşladığı bir oyun anası ilə bir-birinin burnuna toxunmaq idi, anası bundan sonra məzəli vizual effekt
yaratmaq üçün onun başını fırladırdı. Uşaq bu oyunu oynamağı xahiş etmək üçün məmnuniyyətlə göz əlaqəsi qurur, sonra isə bu texnikadan digər xahişlər üçün istifadə edirdi.
Ailədə həmçinin müsbət nəvaziş əlamətləri də öyrədilə bilər. Uşağa passivcəsinə qucaqlamanı və öpüşü qəbul etməyə icazə verməkdənsə, qarşılıqlı qucaqlama üçün uşağın öz qollarından yapışıb onları tənzimləmək olar. Uşaq
üçün ən yaxşısı onların əlaqə qurmasını dəstəkləməkdənsə, bunu başqalarının nəvazişinə cavab olaraq öyrənməkdir, əks halda onlar elə güman edə bilər ki, hamını məhz bu cür qarşılamaq lazımdır.
Uşaq öz əlini düzgün idarə edə bilirsə, evə qonaq gəldikdə, qonaq hər dəfə öz əlini birinci uzadarkən onun əlini sıxmaq uşağa öyrədilə bilər. Bu halda da, uşağı ilk addımı atmağa dəstəkləməkdənsə, ona uzadılan əli cavab olaraq
sıxmağı öyrətmək daha məqsədəuyğundur, çünki uşaq bunu nə zaman etməyin lazım olub-olmadığını anlamayacaq. Danışa bilən uşaqlara zəhmət olmasa və təşəkkür edirəm kimi ifadələrin də daxil olduğu nəzakətli davranışların
öyrədilməsi məqsədəuyğundur.
Onlar insanların bunları nə səbəb etdiyiniqətiyyən anlamırlar, lakin bu, onları sosial cəhətdən daha münasib edir.
YAZAR: Aytən Yusibova
Həmçinin bax: Daun sindromu
Həmçinin bax:https://turaz.org/abs-da-basqan-erdogana-qarsi-yayinlanan-reklama-qarsi-istintaq-basladilir/